Paltarları güvәdәn qorumaq üçün 10 məsləhət

Paltarları güvәdәn qorumaq üçün 10 məsləhət
Faydalı məsləhətlər
10.09.2017 21
Güvәnin 30­a yaxın növü var. Onların bәzilәri yun, digәrlәri yarmalar, un, quru meyvәlәri,
tәrәvәzlәri vә s. yeyir.

urada biz paltar yeyәn güvәdәn danışacayıq.

İnsanların әksәr hissәsi elә bilir ki, paltarlarımızı uçan güvә yeyir. Bu belә deyil. Yaxından
 tanıdığımız güvә­kәpәnәk paltarlara yumurtalarını qoyur, daha sonra oradan qurdlar çıxır. Mәhz
bu qurdaların böyümәsi üçün qida (yәni bizim paltarlarımız) lazımdır.



Güvәnin bu növü yun, xәz, tәbii mәxmәr, tük vә s. yeyir. Paltarlarımızı güvәdәn necә qoruyaq?

 

1. Güvә (daha dәqiq desәk, onun qurdları) gün şüalarını vә tәmiz havanı sevmir. Mәhz bu
sәbәbdәn tez­tez geyinilәn paltarları güvәdәn qorumağa ehtiyac yoxdur. Lakin uzun müddәt
әrzindә şkaflarda, dolablarda qalan, geyinilmәyәn paltarlar vә s. ev әşyaları (yastıqlar, yorğanlar,
döşәklәr, yun xalçalar vә s.) tәhlükә altındadır. Bu sәbәbdәn belә paltarları vә ev әşyaları tez­tez
günә vermәk, havaya çıxartmaq lazımdır.

 

2. Paltarları şkaflara yığmamışdan әvvәl onları mütlәq yumaq vә ütülәmәk, mümkün olduqda isә
yaxşı tәmizlәmәk lazımdır. Güvә çirkli, tәrli paltarları daha çox xoşlayır.

 

3. Naftalindәn istifadә etmәyin. Bu vasitә insan orqanizminә kanserogen (xәrçәng әmәlә gәtirәn)
tәsir edir. Naftalin xüsusilә uşaqlar üçün ziyanlıdır.

 

4. Paltarları vә s. ev әşyaları güvәdәn qorumaq üçün xüsusi müasir güvә әleyhinә vasitәlәrdәn
istifadә edin. Bu vasitәlәr sağlamlığa mәnfi tәsir etmir vә paltarları qoruyur.

 

5. Lavanda vә şam ağacının efir yağları güvәni qovur. Bu yağlarda pambıq disklәri isladın vә
şkafların vә dolabların künclәrinә qoyun. Vaxtaşırı olaraq disklәri dәyişin.

 

6. Nәnәlәrimiz güvәdәn qorunmaq üçün tütündәn istifadә edirdi. Bu sınanmış vasitәdir. Tütünü
şkafların künclәrinә, xәzlәrә, yun paltarların, yun ev әşyaların arasına tökün.

 

7. Güvә әtirşah bitkisinin iyini sevmir. Әturşahın tәzә yarpaqlarını paltarların arasına, şkaflara
qoyun vә vaxtaşırı olaraq qurumuş yarpaqları tәzәlәri ilә әvәz edin.

 

8. İstiotun, sitrus meyvәlәrin iyi dә güvәni qovur. Şkaflara quru portağal vә ya limon qabıqları
qoymaq, künclәrә istiot tökmәk olar.

 

9. Şkafların vә dolabların qapılarını vaxtaşırı olaraq açın vә bir müddәt açıq vәziyyәtdә saxlayın.
Tәmiz hava güvәni qovur.

 

10. Onu da nәzәrә alın ki, bütün sadaladığımız vasitәlәr güvәni qovur, onu öldürmür. Әgәr güvә
artıq şkaflarınızda, dolablarınızda mәskәn salıbsa, tütün, lavanda, әtirşah vә s. bu kimi vasitәlәr
kömәk etmәyәcәk. Paltarları xüsusi vasitәlәrlә işlәmәk lazımdır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!