Kefir - uzunömürlülərin içkisi

Kefir - uzunömürlülərin içkisi
Faydalı məsləhətlər
10.09.2017 8
Kefir әn faydalı pәhriz mәhsullarından biri sayılır.
Kefirin vәtәni Şimali Qafqazdır. Bu süd mәhsulu ilk dәfә orada "icad etdilәr". Maraqlıdır ki, uzun
illәr әrzindә kefirin resepti gizli saxlanılırdı.
Kefir tәbii süddәn hazırlanır. Südә turşulu bakterilәr әlavә olunur ki, nәticәdә bu dadlı vә faydalı
 mәhsul alınır.
Tanınmış rus fizioloqu Meçnikov kefiri çox yüksәk giymәtlәndirirdi vә müalicәvi içki hesab edirdi.
Meçnikov insanların qocalmasının sәbәbini bağırsaqlarda gedәn çürümә proseslәrindә görürüdü.
Çürümә nәticәsindә müxtәlif ziyanlı maddәlәr, zәhәrlәr әmәlә gәlir ki, bu maddәlәr orqanizmi
daim intoksikasiya edir (zәhәrlәyir). Nәticәdә isә insan qocalır vә onda müxtәlif xәstәliklәr inkişaf
edir. Kefir bağırsaqlarda gedәn çürümә proseslәrlә çox effektli mübarizә aparır, bağırsaqların
mikroflorasını yaxşılaşdırır, orqanizmi cavanlaşdırır. Mәhz bu sәbәbdәn daim süd mәhsulları
qәbul edәn insan daha sağlam olur vә daha gec qocalır.

 

-Kefir orqanizmi tәmizlәyir, toksinlәri, şlakları vә digәr ziyanlı maddәlәri xaric edir 

  

-Kefir mikrobәleyhinә tәsirә malikdir. Mәdә­bağırsaq sistemi infeksiyaları zamanı müalicәvi vasitә
kimi istifadә olunur. Qida zәhәrlәmәlәrdәn sonra hәkimlәr xәstәlәrә kefir qәbul etmәk tövsiyә
edirlәr. 

 

-Kefir qәbizlik zamanı çox yaxşı kömәk edir. Qәbizlikdәn әziyyәt çәkirsiznizsә, mütlәq kefir
qәbul edin. 

 

-Kefir immun sisteminә dә müsbәt tәsir edir. Mәsәlә burasındadır ki, bağırsaqların mikroflorası
immunitetlә sıx bağlıdır. Bağırsaqların xeyirli mikroflorası immun sisteminin hüceyrәlәrinin
sintezindә iştirak edir.

 

-Kefir ödemlәri azaldır, ürәk әzәlәsinә müsbәt tәsir edir.

 

-Kefir arıqlamağa çox yaxşı kömәk edir. Bu sәbәbdәn bu mәhsul bir çox pәhrizlәrә daxil
edilir. 1/2 çay qaşığı darçın әlavә olunmuş 1 stәkan kefir piylәrin parçalanmasını
sürәtlәndirir.

 

-Bağırsaqlarınızı tәmizlәmәk istәyirsinizsә, hәftәdә 1 dәfә 1 gün әrzindә yalnız kefir qәbul edin.
Gün әrzindә 1 l kefir içmәk olar. Bu sadә vasitә hәm bağırsaqları tәmizlәyәcәk, hәm dә bәdәn
çәkisinin azalmasına kömәk edәcәk. Bunu hәr hәftә etmәk lazımdır.

 

-Kefir sinir sisteminә sakitlәşdirici tәsir edir. Yuxusuzluqdan әziyyәt çәkirsinizsә, axşam
yatmazdan әvvәl 1 stәkan kefir için. Bu daha tez yuxuya getmәyә kömәk edәcәk.

 

-Hamilәlik zamanı kefir ürәkbulanmasının qarşısını alır.

 

-Kalsiumla zәngin olan kefir sümüklәrin sağlamlığını qoruyur. Yaşlı insanlar mütlәq kefir içmәlidir.
Kefir hәm yaşlı insanlarda tez­tez әmәlә gәlәn qәbizliklә mübarizә aparır, hәm dә osteoporozun
(yaşlı insanlarda sümük toxumasının azalması) inkişafını lәngidir.

 

-Kefir mәdә şirәsinin turşuluğunun artması, pankreatit vә xora xәstәliyi zamanı әksgöstәrişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!