Əlləriniz əsir? Onda bu yazını oxuyun

Əlləriniz əsir? Onda bu yazını oxuyun
Faydalı məsləhətlər
10.09.2017 17
Qorxanda,
həyəcanlananda əksər insanlarda bu, baş versə də, bəzilərində daimi
olur və normal həyat tərzi sürməyə mane olur. Həkimlərin fikrincə,
əllərin titrəməsi müxtəlif səbəblərə görə olur, hansısa xəstəlikdən də
xəbər verə bilər.

Terapevt
Nailə Ələkbərovanın sözlərinə görə, əllərin titrəməsi (tremor)
fizioloji və ya patoloji olur: Fizioloji səbəblərdən əllərin titrəməsi
müvəqqətidir və bunun səbəbi aradan qaldırılanda keçib gedir. Əllərin
titrəməsi orqanizmdə gedən hansısa patoloji proseslərlə bağlıdırsa, bunu
aradan qaldırmaq çətinləşir. Həkim deyir ki, əllərin əsməsinin
fizioloji səbəblərinə stress, həyəcan, əsəb gərginliyi aiddir:
"Əksəriyyətin qorxanda, həyəcanlananda əlləri titrəməyə başlayır. Misal
üçün, imtahan verəndə, yüksəklikdən qorxan adam yüksəkliyə qalxanda
əl-ayağı əsməyə başlayır. Utancaqlıq həyəcanla qarışanda da adamın
əlləri titrəyir. Əl ilə fiziki iş görəndə də əl əsə bilər. Çox ağır və
uzun fiziki işlər gördükdə əzələlər gərginləşir. İşi bitirdikdən sonra
əzələlər boşalır və biləkdə boşluq, əllərdə titrəmə müşahidə olunur".

N.Ələkbərova
bildirib ki, üşüyəndə də əllərimiz əsir. Amma soyuq olanda yalnız əllər
deyil, bütün bədən titrəyir: "Spirtli içki çox qəbul edənlərin də
əlləri titrəyir. Xüsusilə də, spirtli içki içdiyi günün səhərisi əllər
əsir. Tünd qəhvə və çaya üstünlük verənlər də tremordan şikayət
edirlər".

Onun
dediyinə görə, bəzi dərman vasitələrinin qəbulu da əllərin titrəməsinə
səbəb olur. Lakin müalicə bitdikdən, dərman qəbulu dayandırıldıqdan
sonra əllərin əsməsi keçir.

Əllərin
patoloji səbəblərə görə əsməsi xəstəlik üzündən baş verir.
Həmsöhbətimizə görə, əlləriniz hər gün titrəyirsə, həkimə müraciət etmək
lazımdır: "Belə ki, əllərin tez-tez titrəməsi hansısa xəstəlikdən xəbər
verə bilər. Məsələn, əllər şəkərli diabet, tireotoksikoz, böyrək
xəstəlikləri zamanı titrəyir. Toksik maddələrdən zəhərlənmə zamanı da
əllərin əsməsi müşahidə olunur. Parkinson xəstəliyi zamanı isə əllər
zəif titrəyir. Beyndə şişlər və zədə zamanı, skleroz və ya damar
xəstəliklərində əllərin titrəməsi nəzərə çarpacaq qədər güclü olur.
Əllərin titrəməsi boyun osteoxondrozu, hipertoniya xəstəliklərinin də
əlaməti hesab olunur. Xəstəliklərlə yanaşı, əllərin titrəməsi irsi də
keçə bilər. Əllərin titrəməsi irsidirsə, adətən ailənin bütün üzvləri
bundan əziyyət çəkir. Tremorun ilkin əlamətləri yaşlananda üzə çıxır".

Anaları
körpələrin əllərinin titrəməsi narahat edir. Körpənin əlləri doğulduğu
gündən titrəyə bilər. Bu əsəb və endokrin sistemin möhkəmlənməməsi
üzündən baş verir. Adətən zəif əzələ titrəmələri uşaq qışqıranda və ya
ağlayanda müşahidə olunur. Müsahibimiz bildirib ki, bu, adi fizioloji
haldır və buna görə narahat olmağa dəyməz: "Amma bu cür hallar körpənin 3
ayından sonra da baş verirsə, həkimə müraciət etmək lazımdır. Ola bilər
ki, uşağın əsəb sistemində bətndaxilində və ya doğum zamanı yaranan
hansısa patologiya mövcuddur".

Dediyinə
görə, əllərin titrəməsini aradan qaldırmaq üçün ilk növbədə onun səbəni
araşdırmaq və müalicə etmək lazımdır: "Əgər əllər həyəcandan, qorxudan
əsirsə, sakitləşmək, bu təbii halda mümkün deyilsə, sakitləşdirici
dərmanlar içmək olar. Spirtli içki qəbul edənlərə əllərin titrəməsi
keçsin deyə içkini azaltmaq, tünd qəhvə və çaya üstünlük verənlərə isə
daha açıq və zəif içkilər içmək məsləhətdir".

Əgər
əllər patoloji səbəbdən titrəyirsə, həkimə getmək mütləqdir. Yalnız
həkim uyğun müalicəni təyin edə bilər. Əllərin titrəməsi artıq dözülməz
həddədirsə, cərrahi yolla da müalicə etmək mümkündür. Lakin əməliyyata
yalnız müalicə heç bir effekt vermədikdə qərar vermək məsləhətdir.

Həkim
onu da deyib ki, dərmanla müalicə və cərrahi əməliyyatdan başqa
müalicəvi bədən tərbiyəsi də əllərin titrəməsini aradan qaldırır:
"Məsələn, boyun osteoxondrozu zamanı müəyyən idman hərəkətləri yaxşı
nəticə verir. Bu xəstəliyin müalicəsi üçün kiçik motorikanın inkişafına
yönələn idman hərəkətləri tətbiq olunur. Ümumiyyətlə, əllərin sağlam və
gözəl görünüşü, yaşlandıqda belə titrəməsinin qarşısını almaq üçün tikiş
tikmək, toxumaq, xırda əl işləri görmək məsləhətdir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!