Limonu xarab olmadan uzun müddət saxlamağın yolları

Limonu xarab olmadan uzun müddət saxlamağın yolları
Faydalı məsləhətlər
10.09.2017 49
Limonu xarab olmadan uzun müddət saxlamağın yolları Limon hər evdə olan
və xarab olduğu üçün ən çox atılan qidalardan biridir. Hamımız
kəsdiyimiz limonun yarısını soyuducuda saxlamaq istəyirik, lakin təəssüf
ki, buna nail ola bilmirik və bir müddət sonra quruduğunu görüb atırıq.
Limonu xarab olmadan günlərlə, hətta həftələrlə saxlamağın yollarını
araşdışdırmışıq:



-Artıq olan, istifadə etmədiyiniz limonları buzxanaya qoyun. Beləliklə,
həmişə əlinizin altında təzə limon olacaqdır. Lazım olduqda həmin
limonları buzxanadan götürüb sıxaraq istifadə edə bilərsiniz.



-Limonun qabığındakı C vitamini içindəkinə nəzərən daha çoxdur və bunun
üçün də onu qabığıyla birgə rəndələmək daha faydalı olar. Qabığının
qurumaması üçün bir bütün limonu yaxşıca yuyun, soyuducu torbasına qoyub
buzxanaya yerləşdirin.



- Limonu bir-iki həftə xarab olmadan saxlamaq üçün başqa bir üsul da onu
su ilə dolu bir qabın içində saxlamaqdır. Hər gün bu suyu dəyişdirərək
ən az 2 həftə saxlaya bilərsiniz.



- Kəsilmiş və yarısı istifadə edilmiş limonu uzun müddət xarab olmadan
saxlamaq üçün isə kəsilmiş tərəfinə qənd sürtün və bu hissəsi aşağıda
olmaqla bir qaba qoyub soyuducuya yerləşdirin. Bu üsulla da limonun ən
az 2 həftə xarab olmadan ilk günki kimi təzə qaldığını görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!