Çay çox faydalı içkidir

Çay çox faydalı içkidir
Faydalı məsləhətlər
10.09.2017 18
Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını ləngidən antiokdidantlarla zəngindir.

Belə hesab olunur ki, çay güclü xərçəngəleyhinə təsirə malikdir. Çay insanı daha gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır.



Lakin bəzi hallarda çay orqanizmə fayda deyil, ziyan vura bilər.



Məsələ burasındadır ki, çay büzücü maddələr və taninlə zəngindir. Bu
maddələr orqanizmə qida ilə daxil olan bəzi maddələrin mənimsənilməsi
prosesini pozur. Bu xüsusilə zülallara və orqanizm üçün ən vacib
minerallardan birinə olan dəmirə aiddir.



Dəmirlə zəngin olan qidalardan sonra çay içən insan dəmirin bağırsaqlar
tərəfindən sovrulmasını pozur. Dəmir hemoqlobinin tərkibinə daxildir və
orqanizmin bütün hüceyrələrinə həyati vacib oksigenin daşınmasında
iştirak edir. Dəmir orqanizmə lazım olandan az miqdarda daxil olunduqda
insanda dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir
çox pozulmaların inkişafına təkan verir.



Beləliklə, dəmirlə zəngin olan qidalardan dərhal sonra çay içən insan bilmədən öz sağlamlığına ziyan vurur.



Həmçinin qida qəbulundan dərhal sonra içilən çay zülalların da
mənimsənilməsini pozur. Zülallar orqanzimin bütün hüceyrələrinin əsas
tikinti materialıdır.



Çaydan fayda almaq istəyirsinizsə, çayı qida qəbulunda 20 dəqiqə əvvəl və ya 1 saat sonra için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!