Ağız qoxusunun qarşısını alan 9 bitki

Ağız qoxusunun qarşısını alan 9 bitki
Faydalı məsləhətlər
10.09.2017 19
Bir
çox insanların dərdi olan ağız qoxusu onların ictimai həyatına da zərbə
vurur. Narahatlıq verən bu qoxuyla mübarizədə bir çox üsullar imdada
çata bilər. İnsana və ətrafındakılara narahatlıq verən ağız qoxusu
burun, ağız, tənəffüs yolu və mədədəki narahatlıqlar nəticəsində ortaya
çıxa bilər. Bunlar da xroniki infeksiya və ya yerli problemlərlə
bağlıdır. Məsələn, çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq
iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və
sinus xəstəlikləri ağız qoxusuna yol açar. Bir çoxlarının düşündüyü kimi
isə qəbizlik nəfəsin pis iy verməsinə səbəb deyil. Mütəxəssislərin bir
çoxu ağzından pis qoxu gələnlərə antiseptik diş pastaları və qarqara
təklif edirlər. Lakin bəzi bitkilərin müsbət təsirləri olduğu da sübut
edilib.



Adi yovşan: Bir fincan qaynar suya yarım çay qaşığı yovşan atın, soyuduqdan sonra süzərək səhərlər qarqara edin.



Zəncirotu: Tavada döyülərək toz halına gətirilən bir ovuc zəncirotu
kökü bir litr suda qaynadılır. Daha sonra süzülüb gün ərzində
fasilələrlə 3 fincanı keçməyərək içilə bilər.



Mayasıl otu: Bir litr suyun içinə incə doğranmış bir ovuc mayasıl otu qatılıb qaynadılır.

Sonra lazım olduqca qarqara edilir.



Ənginar: Bir litr suya doğranmış bir ovuc ənginar qatılıb qaynadılır. Süzülüb qarqara edilə bilər



Bağayarpağı: Bir litr suyun içinə incə doğranmış bir yemək qaşığı
bağayarpağı, biyan kökü qatılıb qaynadılır. Sonra süzülərək gün ərzində
fasilələrlə 3 fincanı keçməmək şərtilə içilir.



Turp: Bir litr suyun içinə bir yemək qaşığı rəndələnilmiş turp,
portağal qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzülərək qarqara
edilir.



Badam-bal: Tavada döyülən badam bal ilə birlikdə qarışdırılıb, ac
qarına bir çay qaşığı qədər yeyilərsə, ağızdan gələn pis qoxunun
qarşısını alar.



Tarhana: Bir çay qaşığı tarhana ağız içində uzun müddət çeynənilir və udulur.



Kərəviz: Bir litr suya kərəviz yarpağı qoyulur və qaynadılır. Bir
müddət qaldıqdan sonra süzülüb gün ərzində qarqara edilərək istifadə
oluna bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!