Antibiotiklərin təsirindən baş verə bilən fəsadlaşmalar

Antibiotiklərin təsirindən baş verə bilən fəsadlaşmalar
Faydalı məsləhətlər
10.09.2017 33
Yüksək
həssaslıq reaksiyaları – allergik reaksiya-əksər antibiotiklər antigen
(allergen) xüsusiyyətinə malik olduğundan allergik reaksiyalar əmələ
gələ bilər. Ona görə antibiotikləri vena daxili yeritdikdə əvvəlcə
orqanizmdə ona qarşı yüksək həssaslıq reaksiyalarının olmasını dəri
daxili sınaq vasitəsilə yoxlayırlar. Bunun üçün müvafiq antibiotikin 0,1
ml miqdarı biləyin ön səthində dəri daxilinə yeridilir. 20-30 dəq.
müddətində antibiotikin yeridilmə yerində reaksiya (1 sm və daha böyük
diametrli papula və qızartının əmələ gəlməsi) antibiotikə qarşı yüksək
həssaslıq kimi qiymətləndirilir. Bu halda həmin antibiotikdən istifadə
etmək olmaz!

Disbioz
və disbakterioz- antibiotiklərin, xüsusən geniş təsir spektrli
antibiotiklərin uzunmüddətli istifadəsi orqanizmin normal
mikroflorasının nümayəndələrinin də məhvinə səbəb olduğundan orqanizmdə
disbioz və disbakterioz yarana bilər. Antbiotikləri 3 gündən artıq
istifadə edildikdə göbələk əleyhinə preparatlar da istifadə etmək
lazımdır!

Toksik
təsir – bəzi antibiotiklərin uzunmüddətli tətbiqi orqanizmdə toksik
təsir göstərə bilər. Məsələn, streptomisin, kanamisin, gentamisin –
eşitmə orqanlarına, tetrasiklin - qaraciyərə, sefalosporinlər –
böyrəklərə toksik təsir edir. Bir çox antibiotiklər (tetrasiklin,
xinolon preparatları- neqram, neviqramon, oksolinturşusu) plasentadan
keçərək xüsusən hamiləliyin ilk trimestri ərzində dölün inkişafına mənfi
təsir göstərə bilər. Xinolon qrupundan olan preparatlar (ofloksasin,
siprofloksasin və s. ) qığırdaq və sümük toxumasının yaranmasına mənfi
təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!