Dişlərin güclənməsinə kömək edən vitaminlər

Dişlərin güclənməsinə kömək edən vitaminlər
Faydalı məsləhətlər
10.09.2017 56
Sağlam həyat arzu edənlər, pəhriz saxlayanlar diş sağlamlığını daim qorumalıdır.

Çünki, vitaminlər məhdud olduqda və ya diş sağlamlığına səhlənkar yanaşdıqda dişlər zəifləyir və tökülür. 

D vitamini dişlərin sağlamlığı üçün əhəmiyyətlidir. Bu vitamin bədənin sümük və diş quruluşuna gərəkli olan kalsiumu təmin edir.

Həmçinin
qanda olan kalsium səviyyələrinin tarazlığı üçün vacibdir. Tarazlıq
pozulduqda dişlərin strukturu zəifləyir və sümüklərdən kalsium çəkilməyə
başlayır. 

K
vitamini sümük mineralizasiyası üçün istifadə olunur. Sümüklər eyni
minerallardan düzəldikləri üçün K vitamini dişlərə təsir göstərərək
onların güclü olmasına imkan yaradır. K vitamini çatışmazlığı dişlərin
zəifləməsi ilə birbaşa əlaqəlidir. Bu vitamin olmadıqda diş
təmizliyindən sonra diş ətlərində qanamalar olur.

B
vitamini ailəsində tiamin, riboflavin, B6 vitamini, B12 vitamini fol
turşusu da var. Bu vitaminlər qidanı enerjiyə çevirməklə qırmızı qan
hüceyrələri yaradır.

B
vitamini çatışmadıqda dişlər zəifləyir, dildə yanma və şişlik hissi
olur. Bu vitamin yaşıl yarpaqlı tərəvəzlərdə, meyvələrdə, ətlərdə və bir
çox qidalarda var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!