Ağız quruluğu dişlərə ziyandır

Ağız quruluğu dişlərə ziyandır
Faydalı məsləhətlər
10.09.2017 21
Stomatologiyada
"xerostomia” adı verilən ağız quruluğu müalicə edilmədikdə ciddi
problemlərə yol açır: dişlərin çürüməsi, diş ətinin iltihablaşması və
qidalanma pozğunluğu və s. Ağız quruluğu əsasən tüpürcək vəzilərinin
funksiyasını itirməsi, diş üzərində qida və bakteriyaların yığılması ilə
meydana gəlir. Ağız quruluğu boğaz ağrısı, dildə yanma, həddən artıq
susama, ağız qoxusu, dadbilmə pozğunluğu, dodaqda və dodağın
kənarlarında çatların əmələ gəlməsi ilə özünü göstərir. Ona görə də ağız
quruluğu ciddi nəzarətə alınmalı və mütləq diş həkiminə müraciət
edilməlidir. 



Ağız quruluğunun səbəbləri...



- Bioloji yaş (bu, təsirli faktor olsa da, təkbaşına təsirli deyil)

- Revmatizm

- İmmunitet sisteminin pozulması (QİÇS)

- Hormonal pozğunluqlar (şəkər xəstəlikləri)

- Narkoloji pozğunluqlar (parkinson)

- Çeynəmə qabiliyyətinin azalması

- Tüpürcək vəzilərinin cərrahi yolla çıxarılması

- Kafein və alkoqollu içkilərdən istifadə



Ağız quruluğunu necə nəzarətə almaq olar?



- Tez-tez, udum-udum su içməli. Gecə yatarkən yanında içmək üçün su qoymalı

- Şəkərsiz saqqız çeynəməməli

- Yaşadığınız məkanın rütubətliliyinə diqqət yetirin

- Flüorlu diş məcunundan və C vitaminindən istifadə olunmalıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!