Diş əksiyliyinin yaratdığı 8 fəsad

Diş əksiyliyinin yaratdığı 8 fəsad
Faydalı məsləhətlər
10.09.2017 5
Diş əksikliyinin yaratdığı 8 fəsad Bir çox insanlar çürük və çıxarılmış
dişlərinin müalicə və bərpa edilməsini geçikdirir. Ancaq əksik dişlər
bir çox problemlər yaradır:



1. Diş əksikliyinə görə rahatlıqla gülə bilmirlər. Bundan başqa dodaq və
yanaqların çökməsinə və vaxtından əvvəl qırışların yaranmasına səbəb
olur ki, bu da sizi olduğunuzdan daha yaşlı göstərir.

2. Diş əksikliyi həmçinin yan dişlərin əyilməsinə və uzanmasına gətirib
çıxardır. Bunun nəticəsində qəbul edilən qidalar yaxşı çeynənmir.

3. Əyilən və uzanan dişlərin təmizlənməsində çətinliklər yaranır və
yaxşı təmizlənməyən dişlərdə çürümə başlayır.

4. Əyilən dişlərdə çeynəmə prosesi yavaşlayır. Əslində çeynəmə hər iki
tərəfdə də eyni anda olur, ancaq əksik dişə görə çeynəmə tək tərəfli
olur.

5. Əksik diş ətrafında çeynəmə funksiyası olmadığı üçün çənə sümüyündə
"Resorption” prosesi baş verir, yəni toxumalar əriyib yox olur.

6. Dişlərin əksikliyi dişlərin arasında məsamələr yaranmasına və
damaqdakı düzülüşün pozularaq üzdə asimmetrik pozğunluğun yaranmasına
səbəb olur.

7. Dişlərin əksikliyi səbəbi ilə yaxşı çeynənilməyən qidalar bütöv
olaraq udulduqda yaxşı həzm olunmur və mədədə şişkinlik, gastrit və
digər mədə xəstəliklərini əmələ gətirir.

8. Diş əksikliyi səbəbi ilə yaxşı çeynənilmədən udulan qidalar artıq
çəki almağınıza da səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!