Dişlərinizi qorumaq istəyirsinizsə, bunları etməyin

Dişlərinizi qorumaq istəyirsinizsə, bunları etməyin
Faydalı məsləhətlər
10.09.2017 11
iş çürükləri və diş əti xəstəlikləri soyuqdəymədən sonra ən çox rast gəlinən xəstəliklər arasında 2-ci yerdədir.
Ağız gigiyenasının aşağı səviyyədə olması və sağlam
olmayan  dişlər pis estetik görünüşlə yanaşı, çeynəmə çətinliyinə və
həzm problemlərinə səbəb olur. Üstəlik diabet, ürək xəstəlikləri və ağız
içi xərçənglər kimi bir çox qarşısı alına biləcək xəstəliyin meydana
gəlməsinə da zəmin hazırlayır. Bir çox səbəblərdən isə diş çəkdirmək
halları gündən-günə artır. Yaş artdıqca dişlərdəki problemlərin sayı
daha çox olur. Belə ki, 60 və yuxarı yaşlı insanlarda çəkilmiş diş sayı
23 faizdir, 65 və yuxarı yaşlı insanlarda total dişsizlik 67 faiz təşkil
edir. Ümumiyyətlə, bəzi yanlış vərdişlərimiz diş əti xəstəlikləri, diş
çürükləri və diş itkisinə səbəb olur. 



1. Dişlərdən alət kimi istifadə etmək

Şüşə qapaqlarını açmaq, ipi qoparmaq, mismarı
saxlamaq, siqaret dişləmək, həddən çox tum çırtlamaq, buz dişləmək və s.
bunlar hamısı gündəlik adət etdiyimiz pis vərdişlərdir. Dişləri sərt
cisimlərlə davamlı təmasa məcbur etmək əvvəlcə mina təbəqəsində
aşınmalara, çatlara, ciddi qırıqlara, hətta diş itkilərinə yol açır.
Məsələn, buz dişləmək həm sərt bir cisimlə dişləri zorlamaq, həm də
termal şok yaşanmasına səbəb olur. Termal şok isə dişin içindəki sinir
və damar toxumalarının həddindən artıq istilik dəyişikliyi səbəbindən
həssaslığına və nekrozuna, yəni ölməsinə səbəb olur.

 

2. Dırnaq yemək, qələm dişləmək

Dırnaq yemək dırnaqlarda olduğu qədər dişlərdə də görünüş və forma pozuntularına, hətta aşınmalara səbəb olur.

 

3. Həddən artıq şəkərli və işlənmiş qidalar yemək

Çox şəkərli qidalarla qidalanmaq ağız içindəki turşu
səviyyəsini artıraraq çürük riskini olduqca yüksəldir. Şəkərli və bir
çox emal mərhələlərindən keçən paketli qidalar diş səthlərinə asanlıqla
yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər
səviyyələri aşağı, çiy və ya az bişmiş meyvə-tərəvəz kimi qidalara
üstünlük vermək lazımdır. Çünki bu qidalar daha tez yeyilir və həzm
edilir, hətta diş səthlərində funksional təmizliyin reallaşmasını təmin
edir. Xüsusilə səhər yeməyində həddən artıq şəkərli qidalar yeyilirsə,
sonra mütləq ağzı yaxalamaq, axşam yeməyindən sonra atışdırmalar
edilirsə, yatmazdan əvvəl mütləq dişləri fırçalamaq məsləhətdir.

 

4. Spirtli içkilər

Turşulu içkilər mina təbəqəsini yumşaldır və
tərkibində artıq miqdarda olan şəkər dişlərdə çürük yaranmasına səbəb
olur. Buna görə də spirtli içkilər yerinə turşusuz və şəkər əlavəsi
olmayan meyvə suları, süd və süd məhsulları kimi təbii içkilərə üstünlük
verin.

 

5. Həddən artıq çay və qəhvə içmək

Həddən çox çay və ya qəhvə içmək diş səthlərində
qalıqlara səbəb olduğu üçün tövsiyə edilmir. Diş səthində əmələ gələn
sarılıqları və qalıqları təmizləmək üçün dişləri daha sərt fırçalamağa
məcbur edir. Bu isə diş səthlərində cızıqlara və korlanmalara səbəb
olur. Dişlər ağarsa və təmizlənsə belə, asanlıqla təkrar çirklənir.

 

6. Siqaret və tütün məhsulları

Siqaret çəkmək, içə çəkilən qatı duman ağız içi
toxumaların qaynanması təsiri yaradır və toxumaların qalınlaşmasına
gətirib çıxarır. Bunun nəticəsində də diş əti xəstəlikləri gizli inkişaf
edir. Normalda xəstə toxumalarda müşahidə edilən ödəm, şiş, qızartı və
qanamalar siqaret istifadə edən zaman maskalanır. Siqaret çəkən və tütün
istifadə edən insanlarda ağız içi yaralar çox gec yaxşılaşır. Diş
səthlərində aşınma, sarılıq, pis ağız qoxusu, hətta ağız içi xərçənglərə
səbəb olur.

 

7. Diş sıxmaq və ya qıcamaq

Bu cür pis vərdişlər dişlərdə diş əti səviyyəsinə
qədər vara bilən ciddi aşınmalara, çənə oynağı narahatlıqlarına və
çeynəmə əzələlərində xəstəliklərə səbəb ola bilər. Bundan başqa, aşınan
dişlər səbəbindən burun ucu ilə çənə arasındakı məsafənin azalması
nəticəsində dişsiz, yaşlı bir görünüş meydana gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!