Yataqdan qalxmamış edilməsi mütləq olan 5 hərəkət

Yataqdan qalxmamış edilməsi mütləq olan 5 hərəkət
Faydalı məsləhətlər
10.09.2017 28
Çoxumuz
səhərləri iş, dərs, işə gedənləri yola salmaq təlaşı ilə gözümüzü
açırıq. Tez də öhdəliklərimizi yerinə yetirməyə başlayırıq. Özümüzü isə
unuduruq. Payızda da vəziyyət tamam başqa olur. Biz yuxulu oluruq və
daha çox yatmaq istəyirik. Hansısa idman hərəkətindən söhbət belə gedə
bilməz. Amma mütəxəssizlərin də bildirdiyi kimi, səhər yataqda edilən
idman hərəkətləri insanın gün boyu gümrah olmasına səbəb olur. Elə bu
səbəbdən də, sizə yataqda edilməsi olan 5 sadə hərəkəti təqdim edirik.

1. Bütün hallarda özünüzü yalnız və təkrarsız hiss edin. Hər səhər özünzü sevdiyinizi etiraf edin.



2.
Sakit nəfəs alın. Burunda dərindən havanı içəri çəkin, havanı
bütünlüklə ağciyərlərinizdə hiss edin, yavaş-yavaş havanı buraxın.



3.
Gözləriniz üçün gimnastika edin. Yuxarı, aşağı, sağa, sola baxın, dairə
çəkirmiş kimi gözlərinizi hərəkət etdirin, gözlərinizi qıyaraq bir neçə
dəfə qırparaq yumub-açın. 



4. Özünüzü tam çəkin, rahatlanın. Qollarınızı yuxarı doğru qaldırın, özünüzü tam dartaraq çəkin.



5.
Qollarınızı uzanıqlı vəziyyətdə bir daha yuxarı qaldırın və özünüzü tam
dartın. Bu zaman siz rahatlayacaqsınız. Sağ dizinizi əyərək qollarınız
bərabərində yuxarı qaldırın və özünüzü dartın, çiyinləriniz və
qollarınız rahat olmalıdır bu vəziyyətdə. Daha sonra isə eyni hərəkəti
sol dizinizlə də təkrarlayın. Əgər belinizdə nəsə hiss edirsinizsə,
demək, bu hərəkət effektlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!