Bunlar böyrəklərinizi məhv edir

Bunlar böyrəklərinizi məhv edir
Faydalı məsləhətlər
10.09.2017 16
Böyrəklər insan orqanizmində ən vacib orqanlardan
biridir. Böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirir, qanı
ziyanlı maddələrdən təmizləyir, duz-su balansını saxlayır, arterial
təzyiqi tənzimləyir.

Bu səbəbdən böyrəklərin sağlamlığını qoruyub saxlamaq olduqca vacibdir.

 

Bəzi amillər böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Bu amillər arasında:oyrekler-ucun-ziyanli-amiller

- Spirtli içkilər və siqaret çəkmək

Bu pis vərdişlər böyrəklərin fəaliyyətini olduqca çətinləşdirir.

 

- Yuxunun az olması

Yuxuda orqanizm dincəlir və bərpa olunur. İnsan daim
az yatanda bu orqanizmə ciddi ziyan vurur, orqan və sistemlərin
tükənməsinə səbəb olur.

 

- Tərkibində kofein olan içkilərin (çay, qəhvə, enerji içkilər) çoxlu miqdarda qəbulu

Böyük miqdarda kofein orqanizm üçün ziyanlıdır. Kofein
sidikqovucu təsirə malikdir ki, orqanizmin susuzlaşmasına səbəb olur,
böyrəklərə olan gərginliyi azaldır.

 

- Passiv həyat tərzi

Böyrəklər hərəkət sevir. Bu onlarda qan dövranını
yaxşılaşdırır. İnsan oturaq həyat tərzi sürürsə, böyrəklərdə durğunluq
prosesləri əmələ gəlir ki, bu da böyrəklərdə iltihablara və s.
pozulmalara səbəb olur.

 

- Sidik saxlamaq

Bu böyrəklər üçün çox ziyanlıdır, onlarda müxtəlif
pozulmalara, iltihablara səbəb olur, böyrək-daşı xəstəliyinin inkişafına
təkan verir.

 

- Duzlu qidaların həddindən çox miqdarda qəbulu

Böyrəklər orqanizmdə su-duz balansını tənzimləyən əsas
orqandır. Duz orqanizmə həddindən artıq çox miqdarda daxil olunduqda,
bu böyrəklərin fəaliyyətini pozur.

 

- Pəhrizlər, kəskin arıqlama

Böyrəklər piy kapsul ilə örtülür. Bu onları mənfi
xarici təsirlərdən qoruyur. İnsan arıqlayanda böyrəklər müdafiəsiz qalır
və həmçinin yerini dəyişir (sallanır). Bu da onların fəaliyyətini
pozur.

 

- Zülalların həddindən çox miqdarda qəbulu

Zülallarla zəngin olan qidalar böyrəklərə olan gərginliyi artırır və bu da müxtəlif pozulmalara təkan verir.

 

- Suyun az miqdarda qəbulu

Böyrəklərin normal fəaliyyəti üçün insan kifayət qədər
su içməlidir. Suyun az miqdarda qəbulu qanın qatılaşmasına səbəb olur.
Böyrəklər qatı qanı daha çətinliklə təmizləyir. Bu hal daim
təkrarlanırsa, böyrəklərdə pozulmalar inkişaf etməyə başlayır.

Susuzlaşmanın qarşısını almaq üçün hər gün 8 stəkan təmiz su için.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!