Təzyiq nə üçün qalxa bilər?

Təzyiq nə üçün qalxa bilər?
Faydalı məsləhətlər
10.09.2017 12
Arterial təzyiqin qalxması çox yayılmış pozulmadır. Bir çox insanlar təzyiqin qalxmasına qeyri-ciddi yanaşır.

Lakin nəzərə almaq lazımdır ki, arterial təzyiqin tez-tez qalxması çox ciddi simptomdur.

Arterial
təzyiqin qalxması ürəyə olan gərginliyi artırır, damarların vəziyyətinə
çox mənfi təsir edir. Yüksək təzyiq əsasən ürəyə, beyinə, böyrəklərə,
gözlərə, aşağı ətraflara "vurur", bu orqanlarda müxtəlif və çox ağır
pozulmalara səbəb olur. Yüksək təzyiq insult və infarktın əsas
səbəbidir.

Beləliklə,
özünüzdə təzyiqin tez-tez qalxmasını müşahidə edirsinizsə, buna
etinasız yanaşmayın, həkimə müraciət edin. İlk növbədə təzyiqin
qalxmasının səbəbi təyin olunmalıdır. Bu səbəbdən asılı olaraq xəstəyə
müalicə, pəhriz və s. təyin oluna bilər.

Arterial təzyiqin qalxması müxtəlif səbəblərə görə baş verə bilər. Bu səbəblər arasında:

- Ürək-damar sistemi xəstəlikləri.

- Xroniki streslər, nevroz.

- Xroniki yorğunluq, yuxunun az olması.

- Azhərəkətli həyat tərzi.

- Düzgün olmayan qidalanma. Qidalanmada çoxlu duzlu, yağlı qidaların olması.

- Spirtli içkilərin qəbulu, siqaret çəkmək.

- Artıq çəki, piylənmə.

- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

- Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzilərin, qalxanvari vəzinin xəstəlikləri).

Aterial
təzyiqlə olan problemlər irsiyyətlə bağlı ola bilər. Bu səbəbdən əgər
sizin yaxın qohumlarınız arasında bu pozulmadan əziyyət çəkənlər varsa,
öz sağlamlığınıza qarşı daha diqqətli olun.

Nəzərə
almaq lazımdır ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir
simptomla büruzə vermir və insan uzun müddət ərzində onda olan
pozulmadam bixəbər olur. Bu müddət ərzində təzyiq artıq "öz işini
görür". Bu səbəbdən hər bir evdə mütləq tonometr (təzyiq ölçmək üçün
cihaz) olmalıdır və hər bir ailə üzvünün təzyiqi vaxtaşırı olaraq
ölçülməlidir. Bu sadə qayda problemi vaxtında aşkar etməyə kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!