Səhərlər limonlu ilıq su içməyin 10 faydası

Səhərlər limonlu ilıq su içməyin 10 faydası
Faydalı məsləhətlər
10.09.2017 27
Limonun sağlamlığımıza olan faydaları lap qədimlərdən
məlumdur. Güclü bir antibakterial və antiviral olması və immunitet
sistemini hərəkətə gətirməsi ən vacib xüsusiyyətləri hesab olunur.

Limon suyu bir həzm asanlaşdırdığı üçün artıq çəkidən azad olmağa kömək edir, həmçinin qaraciyəri təmizləyir.



Limon digər maddələrlə birlikdə limon turşusu,
kalsium, maqnezium, C vitamini, bioflavanoid, pektin və ümumiyyətlə
immunitet sistemini gücləndirib infeksiyalarla mübarizə edən limonen
(Limonen Formulu C10 H16 olan metil-4 izopropenil-1 sikloheksen
maddəsinin geniş yayılmış adı. Bitkilərdə çox geniş yayılmış bir
karbohidrogen. Limonenin iki optik izomeri var. L-limonen polar-a işığı
sağa, d-limonen isə sola çevirir. Şam, limon, portağal və narınc çıxaran
efirlər yağlarda olan limonen limon iyli rəngsiz mayedir. Xoş qoxusu
görə də kosmetik sənayesində istifadə edilir. Limonen bəzi kimyəvi
maddələrin istehsalında bir ara maddə kimi də istifadə edilir) ehtiva
edir. İndi sizə hər səhər limonlu ilıq su içməyin faydalarından bəhs
edəcəyik.

 

Limonlu ilıq su necə hazırlanır?

Təmiz su istifadə etməlisiniz. Su ilıq olmalıdır,
qaynanılmamalıdır. Soyuq su yerinə ilıq su istifadə etməlisiniz, çünki
bədəninizin soyuq suyu işləməsi həm daha uzun sürəcək, həm də daha çox
enerji tələb edir.



Hər zaman təzə limon istifadə edin, mümkünsə orqanik
olanları seçin, əsla şüşələrdəki limon suyundan istifadə etməyin. Bir
stəkan ilıq suyun içinə yarım limonun suyunu sıxın və səhərlər acqarına
bunu üçün.

 

Həzmə köməkçi olur

Limon suyu dədəndəki yararsız maddələrin və
toksinlərin atılmasına köməkçi olar. Qaraciyərin həzm üçün lazımlı olan
öd mayeni ifraz etməsinə köməkçi olar. Ayrıca mineral və vitamin
baxımından zəngin olan limon, həzm sistemindəki toksinlərin atılmasına
da köməkçi olur. Limon suyunun həzm asanlaşdırıcı xüsusiyyətləri reflü
(Bir çox insanda yeməkdən sonra həzmsizlik, ekşime və yemək borusunda
yanma əlamətləri hiss olunur. Bu narahatlı vəziyyət yemək borusuna və
hətta ağıza qədər gələn yemək və mədə turşusu ilə diqqətə çarpandır. Bu
vəziyyət bəzi insanlarda müvəqqəti olub, müəyyən bir müddətdə ortadan
qalxar. Ancaq bəzi kəslərdə tez-tez yaranan və olduqca ağrılı bir
xəstəlik halını alır. Bu xəstəlik "Gastroözofageal reflü" olaraq
adlandırılır. Cəmiyyətdə 15-20% nisbətində müşahidə edilən bir
xəstəlikdir. Kişilərdə daha tez müşahidə olunur), gəyirmə və qarın
şişməsi kimi həzmsizlik əlamətlərini rahatlatmaqda köməkçi olur.

 

Bir sidik çökdürücü olaraq sisteminizi təmizləyir.

Limon suyu sidik miqdarını artıraraq gərəksiz
maddələrin bədəndən atılmasını təmin edər. Buna görə limonlu su içdikdə
toksinlər bədəninizdən daha sürətli atılır və sidik yolunuzun daha
sağlam olması təmin edilər. Limon suyundakı limon turşusu qaraciyərin
fəaliyyətini fəllaşdırır və detoksifikasyona (zəhərli/zərərli
maddələrdən təmizləmə)köməkçi olan fermentin təsirini ən üst səviyyəyə
çıxarır.

 

 

İmmunitet sisteminizi güçləndirir.

Tərkibindəki yüksək C vitamini sayəsində limon immunitet sistemini gücləndirmə fəaliyyəti ilə baş köməkçimizdir.

Limon soyuq qəbul edildikdə çox faydalı olan C
vitamini baxımından çox zəngindir. Ayrıca beyin və sinir sisteminin
fəaliyyətini sürətləndirən kalium baxımından da çox zəngindir. Kalium da
təzyiqi nəzarət altında saxlamağa kömək edir. Limonda olan askorbin
turşusunun (C Vitamini) iltihab əleyhinə xüsusiyyətləri vardır və buna
görə astma və digər tənəffüs problemlərinə faydalı təsiri var. Ayrıca
bədənin dəmir qatılığını artırır. Dəmir immunitet sistemimizdə
əhəmiyyətli bir rol oynayar. Bununla yanaşı, limonu soyuq)ilıq halında
qəbulu qripin qarşısını almağa köməkçi olan antimikrob xüsusiyyəti də
vardır. Limonun bədənin çıxardığı bəlğəmin da azaldılmasına köməkçi
olur.

 

pH səviyyələrini nizamlayır

Limon qəbul edə biləcəyiniz ən qələvi qidalardan
biridir. Limon təbii halıyla turş olmasına baxmayaraq, bədəninizə daxil
olanda qələvi olur (sitrik turşu bədəninizdə metabolizə edildiyində
turşuluq yaratmaz). Limonda askorbin turşusu qədər limon turşusu da
tapılar, ancaq bu turşu zəif bir turşudur və bədəninizdə asanca
metabolizə edilə bilər. Bunun sayəsində limonun içindəki minerallar
bədəni alkalizə etməyə köməkçi olur. Bədənin pH tarazlığı turş olduqda
xəstələnir. Daimi olaraq limonlu su içmək, köp və ağrıların əsas səbəbi
olan oynaqlarda yığılan urik (sidik) turşu də daxil olmaq üzrə bədənin
turş olmasına mane olar.

 

Dərini təmizləyir.



Üzü təmizləməklə bərabər, limon suyu əllərdə və dəridəki yağı təmizləmək üçün də istifadə edilə bilər.



Limondakı C vitamini və digər antioksidantlar,
qırışları və qara nöqtələri azaltmağa köməkçi olur və sərbəst
radikallarla mübarizə aparır. C vitamini, qələvi təbiətli sızanaqlara
səbəb olan bakteriyaları öldürdüyünə görə sağlam və parlaq bir dəri üçün
çox əhəmiyyətlidir. Hətta, yaş ilə ortaya çıxan izləri azaltmaq üçün
üzərlərinə birbaşa limon sürtə bilərsiniz. Limonlu su da bədəninizi
toksinlərdən təmizlədiyi üçün limon ilə dərinizi həm içdən, həm də
xaricdən təmizləyə bilərsiniz. Limonun içərisində olan C vitamini
dərinizi içəridən canlandırıb yeniləyir.

 

Enerji verir və ruh halınızı yaxşılaşdırır

Bədənimizin yeməklərdən əldə etdiyi enerji elı
yeməklərdəki atom və molekullardan gəlir. Müsbət yüklü ionlar həzm
sisteminə girib, mənfi yüklü iyonlarla qarşılılıqlı təsirə girdiyində
bir reaksiya meydana gəlir. Limon mənfi yüklü ion miqdarı yüksək olan
nadir qidalardandır və buna görə həzm sisteminə qoşulanda bədənə daha
çox enerji verir. Limonun qoxusu da enerji vericidir və ruhi halı
yaxşılaşdırar. Limon suyunun qoxusu ruhi halı yaxşılaşdırır, zehni
təmizləməyə köməkçi olur. Limon narahatlıq və depresiyanı azaltmağa
köməkçi olur.

 

Yaxşılaşmağa doğru aparır

Limonun içindəki askorbin turşusu (C vitamini)
yaxşılaşmağı artırar və sümük, bağ toxu və qığırdaqların sağlamlığı üçün
çox əhəmiyyətli bir qidadır. Daha əvvəl də dediyimiz kimi, C
vitamininin iltihab əleyhinə xüsusiyyətləri vardır. Yəni C vitamini həm
sağlamlığı qorumaq, həm də stress və yaralardan yaxşılaşma üçün çox
əhəmiyyətlidir.

 

Nəfəsi təzələyir

Limon, nanə və yoğurt: ağız qoxusunu aradan qaldırmaq üçün çox xeyirli vasitədir.



Limon ağız qoxusunu aradan qaldırmanın yanında diş
ağrıları və diş əti iltihabına da yaxşı təsir edir. Unutmayın, limon
turşusu diş minasını aşındıra dabilir; buna görə dişi ya limonlu su
içmədən əvvəl fırçalamaq lazımdır, ya da limonlu su içdikdən sonra bir
müddət gözləniklməlidir. Limonlu su içdikdən sonra ağızı təmiz su ilə
çalxalamaq yaxşı olardı.

 

Linfa sistemini su ilə təmin edir

İlıq limon suyu bədənin itirdiyi mayeləri ona geri
qazandıraraq immunitet sisteminə kömək olur. Bədən susuz qaldığında
yorğunluq və ya, immunitet sisteminin güçsüzləşməsi, qəbizlik,
enerjisizlik, yüksək və ya aşağı təzyiq, yuxusuzluq, zehin qarışıqlığı
kimi problemlər ortaya çıxa bilər.

 

Artıq çəkidən azad olmağa kömək edir

Limon artıq çəkidən azad olmağa dəstək verir. Mükəmməl
bir təmizləyici və iltihab çökdürücüdür. İçində bol miqdarda
antioksidant xüsusiyyətli C vitamini var.

 

Limon pektin lifi baxımından zəngindir. Limonlu ilıq
su daha qələvi ağırlıqlı bir qidalanma nizamı olan kəslərdə artıq
çəkidən azad olmağa daha tez təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!