Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir
Faydalı məsləhətlər
10.09.2017 10
İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz.
Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər
gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.

Həkimlər pasiyentləri müayinə edərkən sakit
səslərin uzunmüddətli təsirini nəzərə almırlar.
Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin
həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl
Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.
Onlar deyirlər: siçovullar üzərində aparılan sınaqlar eşitmə qabiliyyəti
ilə bağlı mövcud təsəvvürlərin yanlış olduğunu göstərib.
Siçovullar 10 saat ərzində 69 desibellik səs "axını"na məruz qalıblar.
Sonrakı iki ay ərzində isə gəmiricilər 14 saat sakitlik "alıblar". Bu
eksperiment işdəki səs-küylü şərait və evdəki sakitlik modellərinin
qurulmasına imkan verib.
Səs təsirindən sonra alimlər siçovulların eşitmə qabiliyyətlərini
yoxlayıblar.
Məlum olub ki, onların eşitmə qabiliyyəti zəifləməyə başlayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!