Bu xobbilər insanın ömrünü uzadır

Bu xobbilər insanın ömrünü uzadır
Faydalı məsləhətlər
10.09.2017 11
Elmdə sübut olunub ki, bəzi xobbilər insanı daha sağlam edir və həyatını uzadır.

 

- Statistikaya əsasən, it və pişik sahibləri orta
hesabla 5 il daha çox yaşayırlar. ABŞ-da qocalar evlərində heyvanları
müalicə məqsədlərlə saxlayırlar.

Avstraliya alimləri araşdırmalar nəticəsində sübut
edib ki, heyvanlar, xüsusilə pişiklər, insanlarda təzyiqin
normallaşmasına, qanda xolesterinin azalmasına kömək edir. Mütəxəssislər
evdə it və ya pişik saxlamaq istəməyənlərə akvarium balıqlara fikir
verməyi tövsiyə edirlər.

Eksperimentlər göstərib ki, 15-20 dəqiqə ərzində akvarium balıqları seyr edən insanlarda təzyiq aşağı düşür.

 

- Səyahətlər xoşlayan insanlarda immun sistemi daha
möhkəm olur və insult və infarkt daha gec-gec baş verir. Bunu Almaniya
alimləri sübut ediblər.

 

- Krossvordları həll etmək beyinin sağlamlığını qoruyur və beyində qocalma prosesləri ləngidir.

 

- Araşdırmalar göstərib ki, torpaqda işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha nadir hallarda inkişaf edir.

 

- Rəqs etmək də ən faydalı xobbilərdən biridi. Rəqs ürək-damar və tənəffüs sistemlərini möhkəmləndirir, stresi azaldır.

Amerikada aparılan maraqlı eksperiment zamanı
bədxassəli şişlərin xaric edilməsindən bir müddət sonra xəstələrə rəqslə
məşğul olmağı tövsiyə edirdilər. Nəticədə bu xəstələrdə bərpa prosesi
daha sürətlə gedirdi.

 

- Xarici dilləri öyrənmək də çox faydalı xobbidir.
Böyük Britaniyada aparılan eksperiment nəticəsində  məlum olub ki,
xarici dilləri öyrənən insanlarda beyinin fəaliyyəti xeyli yaxşılaşır və
beyində qocalma prosesləri ləngiyir.

 

Alimlər xüsusilə yaşlı insanlara xarici dilləri
öyrənməyi tövsiyə edirlər. Bu beyində gedən yaşla bağlı olan
dəyişiklikləri xeyli ləngidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!