Allergiya üçün təbii vasitələr

Allergiya üçün təbii vasitələr
Faydalı məsləhətlər
10.09.2017 26
Allergiya xəstəliyi
gündən-günə artmaqdadır, çünki bizi əhatə edən mühitdə allergenlər çoxalıb
istər paltarlarımızda, istər yeməklərimizdə və istərsə də həyat şəraitimizdə.

Allergiya deyəndə ilk olaraq
bizim ağlımıza bədən səpməsi, qaşınma gəlir. Bəli, bunlar allergiyanın ilkin
əlamətləridir, amma bunlarla yanaşı insanlarda illərlə çəkən xəstəliklər də
vardır ki, bunlar da allergiya xəstəliyidir. Məsələn astma xəstəliyi.

Allergiyası olan insanlar
bədənin alergiyaya dirənişini artırmaq üçün nələr etməlidirlər? Mən həmişə
istifadə etdiyim vasitələrdən bir neçəsini yazıram və onu da nəzərinizə
çatdırım ki, bu üsulların hamısı sınanılmış üsullardır, arxayınlıqla istifadə
edə bilərsiniz. Bu üsulların ola bilər biri kömək etməsə, o birini sınayın,
əlavə ziyanlı təsirləri yoxdur, bədənin möhkəmləndirilməsi üçün də istifadə
edilə bilər.



Ud hindi: Mükəmməl bir allergiya əleyhinə vasitədir. 10-15 il allergiyadan,
yəni səpgilərdən əziyyət çəkənlər ud hindi qəbulundan sonra sağalmışlar.
Hazırlanılması: gündə 2 dəfə 1 çay qaşığı ud hindi tozu 1 stəkan qaynar suya
qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə olunub gündə 2 dəfə
yeməkdən əvvəl 1 stəkan içilir. Bu müalicəni ildə 2 dəfə yaz və payızda 2 ay
istifadə edə bilərsiniz.

 

Keçibuynuzu
meyvəsi: Əgər artıq allergiya baş vermişsə, dərman axtarmağa tələsməyin, 3
ədəd keçibuynuzu meyvəsini yarım litr suda 5 dəq qaynadın, soyudun, süzün,
için, səpgiləriniz 10 dəqiqə müddətində tamamən keçəcəkdir, əgər allergiyanın
davamlı olmasını istəmirsinizsə bunu 1 ay edin.

 

Qarazirə
toxumu: Bədəndə ehtiyat qüvvə sayılan hüceyrələrin (Helper) miqdarını
artırır, bədənin allergenlərə dirənişini artırır. Gündə 3 dəfə yeməkdən əvvəl 1
çay qaşığı yağını qəbul edə bilərsiniz.

 

Yatıqqanqal (Çereda): Bu bitki də kiçik yaşlı
uşaqlarda əmələ gələn səpgilərdə mükəmməldir, beləki 2 xörək qaşığı 1 stəkan
suda dəmlənilir və pambıqla səpgilərin üzəri silinir. Daha rahat bir üsul
deyim, 50 qram yatıqqanqal 500 qram zeytun yağında pəncərədə günəş altında 10
gün saxlanılır, sonra süzülür, bu yağ ilə uşaqlarda səpgilər silinir, uşaqlarda
diatezlər zamanı istifadə olunur.

 

Biyan kökü: 2 xörək qaşığı 1 litr suda 5 dəqiqə qaynadılır,
süzülür, sonra bura 1 qr mumuya (mum yox) əlavə olunur və suda həll olunur,
gündə səhər ac qarına bu sudan 100 qram içilir, soyuducuda saxlanılmalıdır.
Bunu ildə 4 dəfə hər fəslin başlanğıcında 15 gün edə bilərsiniz.

Allergiyaya meyilli insanlar səhər tezdən 1 diş
sarımsaq üstündən 1 xörək qaşığı zeytun yağı (rafinə olmamış) içsələr, heç vaxt
allergiyaları olmaz. Bunu 1 həftə edib 1 həftə istirahət vermək lazımdır.

 

Bal qaymağı: Gündə 1 çay qaşığı bal qaymağı (zabrus) yeyəndə
allergiya əhəmiyyətli dərəcədə azalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!