İnsanlar niyə gənc yaşda piylənir?

İnsanlar niyə gənc yaşda piylənir?
Faydalı məsləhətlər
10.09.2017 18
Bu
gün piylənmə bir çox insanların problemidir və bundan canlarını
qurtarmaq üçün bir sıra üsullardan istifadə edirlər. Ancaq piylənməni
yaradan səbəbləri bir çox insanlar nəzərə almır.



Məsələyə
münasibət bildirən həkim-dietoloq Nərgiz Nəzirova deyib ki, əgər
əvvəllər piylənmə orta yaşlı nəsildən başlayırdısa, indi piylənmə gənc
yaşlardan da başlayır.



Onun sözlərinə
görə, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas
səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan
istifadədir. Deyirlər ki, "əvvəllər babalarımız bir qoyun yeyirdi,
kökəlmirdi". Bəli, doğrudur. Əvvəl çox kalorili yeməklər yeyirdilər,
ancaq kökəlmə yox idi. Ona görə ki, indi əlavə qidalar çoxdur - əlavə
souslar, ziyanlı qazlı içkilər".



Həkim-dietoloq
deyib ki, piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir: "İndi
demək olar ki, bir ailədə bir neçə maşın var. Avtomobillə işə
gedib-gəlirlər, yəni çox az hərəkət edirlər. İşdə oturaq vəziyyət, evdə
oturaq vəziyyət. Ona görə də hərəkətsizlikdən piylənmə əmələ gəlir.
Stressin də rolu var. Elə orqanizm var ki, stress keçirdikdən sonra
arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki
stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".



N.Nəzirova əlavə
edib ki, piylənmə insan orqanizminə çox böyük ziyan vurur: "Birinci
növbədə daxili orqanlar piylənməyə başlayır. Nəticədə onurğa
problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz
genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır.
Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı
salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra
müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli
aşağı salır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!