İşdə stressə yox

İşdə stressə yox
Faydalı məsləhətlər
10.09.2017 11
Yeni
bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və
əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.



Tədqiqatda
iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində
belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan
qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.



İş
yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair
istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir
göstərdiyi o qədər də araşdırılmamışdır.



Danimarka
alimləri 15 il ərzində qadın sanitarları müşahidə edərək iş yerində
stressin onların sağlamlığına təsir dərəcəsini öyrənməyə çalışıblar.



bunları
necə çatdıracam?!Siqaret çəkmə kimi bir sıra digər risk faktorlarını da
nəzərə aldıqdan sonra alimlər belə qənaətə gəliblər ki, işdə stress
keçirən qadınlarda ürək xəstəliyinə tutulma ehtimalı stress keçirməyən
qadınlarda olduğundan 35 faiz yüksəkdir.



Lakin
yaş amili nəzərə alınanda məlum oldu ki, ən çox ürək xəstəliyinə, yəni,
işdəki stressdən, 50 yaşından aşağı olan qadınlar məruz qalır.
Alimlərin fikrincə, daha yaşlı qadınlarda ürək xəstəliyinə yüksək qan
təzyiqi və xolesterol kimi başqa risk faktorları səbəb olur.



Britaniya
Ürək Assosiasiyasının sözçüsü deyib ki, iş yerlərində stressə məruz
qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun necə qarşısını
almaq barədə danışmalıdırlar. Onlar eləcə də iş günü ərzində aktiv
olmalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!