Bunlar beyinə ziyan vurur!

Bunlar beyinə ziyan vurur!
Faydalı məsləhətlər
10.09.2017 16
1. Yuxunun az olması

Yuxunun az olması beyinin fəaliyyətinə çox mənfi təsir
edir, yaddaşın, diqqətin, kiçik motorikanın  zəifləməsinə səbəb olur.
Bu hal xroniki xarakter daşıyırsa, beynin hüceyrələri məhv olunmağa
başlayır.

 

2. Səhər yeməyindən imtina

Səhər yeməyindən daim imtina edən insanın beynin
fəaliyyəti pozulur. Səhər yeməyin olmaması qanda  şəkərin səviyyəsinin
düşməsinə səbəb olur. Bu isə beynin fəaliyyətini zəiflədir.

 

3. Şəkərin həddindən artıq miqdarda qəbulu

Sübut olunub ki, şəkərin həddindən artıq miqdarda qəbulu beynin fəaliyyətinə mənfi təsir edir, beynin qidalanmasını pozur.

 

4. Stress

Xroniki stress beynin sağlamlığına mənfi təsir edir, yaddaşı pozur və zehni zəiflədir.

 

5. Yuxu dərmanları və antidepressantlar

Bu preparatlardan süi-istifadə edən insanlarda yaddaşın, diqqətin pozulması, hətta kəmağıllıq inkişaf edə bilər.

 

6. Siqaret çəkmək

Siqaret çəkmək damarların (o cümlədən, beyin
damarlarının) sıxılmasına səbəb olur. Bunun nəticəsində beyin ona lazım
olan qidalı maddələri kifayət miqdarda almır. Bu isə, təbii ki, müxtəlif
pozulmaların inkişafına təkan verir. Sübut olunub ki, siqaret çəkən
insanlarda Alsheymer xəstəliyinin riski artmış olur.

 

7. Susuzluq

Susuzluq insanın sağlamlığına çox mənfi təsir edir. Xroniki susuzluq beyinin fəaliyyətini zəiflədir.

 

8. Məlumatların artıqlığı

Hər gün insan müxtəlif mənbələrdən (İnternet,
televiziya və s.) çoxlu sayda müxtəlif məlumatlar alır. Məlumatların
artıqlığı beyin üçün ziyanlıdır - stresə səbəb olur, yaddaşı zəiflədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!