Boyun ağrılarını azaldan 8 məsləhət

Boyun ağrılarını azaldan 8 məsləhət
Faydalı məsləhətlər
10.09.2017 11
Günümüzdə aktual mövzulardan biri də boyun və çiyin
ağrılarıdır. Pis  yuxu, uzun müddət ayaq üstə çalışmaq, ağır idman boyun
ağrısına səbəb olur.

Bəzən bir həftə, bəzən isə daha çox davam edən ağrılar xəstəyə əzab verir, ruh düşkünlüyü, halsızlıq və yuxusuzluq yaradır.



Sizə boyun ağrılarını azaldan sadə üsulları təqdim edirik:

1. Boyun ağrıları idmandan sonra yaranıbsa, ağrıyan əzələlərə buz tətbiq oluna bilər. Buz şişmiş əzələni azaldır.

 

2. Ütü ilə qızdırılmış dəsmal da əzələ ağrısını aradan qaldırır.

 

3. İsti
duş boyun ağrısına yaxşı təsir edir, ancaq saçlar yaş olmalı deyil. Yaş
saç boyun əzələlərini soyudur. Soyuq əzələ spazmanı artırır.

 

4. Açıq pəncərə önündə dayanmayın, kondisionerin hava axınının vurduğu istiqamətdə oturmayın.

 

5. Rahat yastıq seçin. Yastıq boyun boşluğunu doldurmalıdır. Başınız nə çox yuxarıda, nə də çox aşağıda qalmasın.

 

6. İdmana fasilə verin. Çünki idman ağrını daha da şiddətləndirə bilər.

 

7. Başı uzun müddət eyni vəziyyətdə saxlamayın.

 

8.
Masaj boyun və kürək ağrılarına müalicəedici təsir göstərir. Lakin masaj
ehtiyatla həyata keçirilməlidir. Bu bölgədə sinir və qan damarları
olduğu üçün təhlükəli bölgə hesab edilir. Müxtəlif ağrıkəsici kremlərlə
masaj etdikdən sonra həmin nahiyə isti dəsmalla sarınmalıdır.
Ümumiyyətlə, boyun və kürək ağrılarından şikayətlənən insanlar soyuq
havada geyimlərinin qalınlığına xüsusi diqqət göstərməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!