Tez-tez çimənlərin diqqətinə - Həddi aşsanız...

Tez-tez çimənlərin diqqətinə - Həddi aşsanız...
Faydalı məsləhətlər
10.09.2017 11
Çimmək
təmizliyin ən böyük göstəricisidir. Lakin bir də belə düşünün: təsəvvür
edin ki, su, sabun, bir sözlə, heç bir təmizlik vasitəsi yoxdur. Bu cür
yaşaya bilərsinizmi? Bəlkə də yaşaya bilənlər olar. Lakin bu halda nə
baş verər, çimmədikdə bədəndə hansı dəyişikliklər olur?

Xarici təcrübəçilər bu mövzuda kiçik bir araşdırma aparıblar. Qadınlar.biz həmin araşdırmanı təqdim edir.

 

Sağlam bakteriyalara dəstək olun

İnsan dərisi üzərində minə qədər fərqli bakteriya və 80-ə qədər
göbələk növü yaşayır. Bu mikroorqanizmlərin əhəmiyyətli bir qismi
sağlamlığımız üçün faydalıdır, ziyanlı bakteriyaları qovur və ya dəri
sekresiyalarını parçalayaraq, təbii nəmləndiricilərin ortaya çıxmasını
təmin edir.

Lakin zaman-zaman dərimiz pis bakteriyalarla öz-özünə mübarizə apara
bilmir. Burada isə köməyə çimmək gəlir. Daimi olaraq çimməyi dayandıran
insanlar ağızlarına, gözlərinə, burunlarına toxunaraq özlərini xəstəlik
törədən mikroorqanizmlərə məruz qoymuş olarlar.

 

İnfeksiyaya diqqət edin

Yəni kifayət qədər çimmədiyimiz zaman dərimizin səthindəki xoşniyyətli
mikroorqanizmlərlə pis mikroorqanizmlərin tarazlığı alt-üst olur. Bu da
dəri infeksiyalarına gətirib çıxarır.

 

Dəri problemləriniz varsa

Əgər göbələk, çivzə kimi dəri problemləriniz varsa, vəziyyət daha da
təhlükəlidir. Çünki bütün çirklər, tər, ölü hüceyrələr və yağ dərinizin
üzərində yığılır, dəri problemləri xronikiləşməyə başlayır.

 

Dəri qabıqlayır

Çimmədiyiniz halda vaxt keçdikcə dəri sindromu deyilən vəziyyət ortaya
çıxmağa başlayır. Keratin, tər və çirk dərinin üst səthində yığılaraq
qalın, qəhvəyi vallar meydana gətirir.

 

Ətrafınızdakıları da düşünün

Ən pis hal odur ki, çimmədiyiniz zaman bədəninizdən pis qoxular ətrafa
yayılır. Burada kiçik bir məqama toxunaq: işlətdiyimiz "tər qoxusu"
ifadəsi əslində bir maddədir. Tərin qoxusunun qaynağı isə "bromhidroz"
deyilən kimyəvi hadisədir. Sadəcə cildimizdəki bakteriyalar tərdəki
zülal və yağ turşularını yeyir, ortaya pis iy verən kimyəvilər çıxarır.

 

Həddini də aşmayın

Bəs tez-tez çimdikdə nə baş verir? Bax bu zaman bədənimizdən
sağlamlığa faydalı bakteriyaları da atmış oluruq. Dərimiz quruyur,
nəmini itirir və kiçik çatlar meydana gəlir. Bu da infeksiyaya yol aça
bilər. Dermatoloqlara qalsa, üzümüz, arxa və qasıq bölgəmiz xüsusilə
təmiz olması vacib olan sahələrdir. Sağlamlıq sektorunda işləyən, hər
gün məşq edənlərə, mütləq gündə bir dəfə çimmək tövsiyə edilir. Oturaq
və ya hərəkətsiz həyat tərziniz varsa, iki gündə bir çimmək də
kifayətdir. Ancaq ətrafınızdakıların reaksiyalarına diqqət edin.
İnsanların yanınızda üzlərini turşutmalarına səbəb olmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!