Bu maddələrin çatışmazlığı QICOLMALARA səbəb olur

Bu maddələrin çatışmazlığı QICOLMALARA səbəb olur
Faydalı məsləhətlər
10.09.2017 27
Qıcolmalarla insanların əkəriyyəti üzləşir. Qıcolma
zamanı əzələ qəfildən bərkiyir, əzələnin qan dövranı kəskin pozulur ki,
bu da güclü ağrıya səbəb olur.

Bu hal əsasən baldır, bəzən bud, pəncə əzələlərində baş verir.

Qıcolmalar tam sağlam insanlarda da ola bilər. Bunun
səbəbi adətən əzələlərin həddindən artıq gərginləşməsi olur. Lakin
qıcolmalar tez-tez təkrarlanırsa, bunu normal hal kimi qiymətləndirmək
olmaz. Qıcolmaların əsas səbəbləri arasında orqanizmdə kalium, kalsium,
maqnezium kimi vacib mineralların çatışmazlığı ola bilər.

Bu minerallar əzələlərin normal yığılması proseslərində iştirak edir və bu səbəbdən onların çatışmazlığı qıcolmalara səbəb olur.

  

Mineralların çatışmazlığının səbəbləri arasında:

- bəzi dərman preparatlarının qəbulu (sidikqovucu, antasid, absorbent preparatları)

- şəkərli diabet (sidik ifrazının artmasına görə)

- xroniki ishal

- xroniki stress. Stress zamanı kortizol hormonunun
ifrazı artır. Bunun yanaşı effektləri arasında kalsiumun sovrulmasının
pozulması və onun ifrazının artmasıdır.

- hamiləlik. Hamiləlik zamanı qadın orqanizmində kalsium və maqneziuma olan ehtiyac artır.

- güclü tərləmə bəzi mineralların orqanizmdən daha sürətlə çıxmasına səbəb olur.

- D vitamininin çatışmazlığı. D vitamini kalsiumun
mənimsənilməsində iştirak edir. D vitamininin defisiti kalsiumun
çatışmazlığına səbəb olur.

Beləliklə, qıcolmalar sizi tez-tez narahat edirsə, həkimə müraciət edin və lazım olan müayinə və analizlərdən keçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!