Yumurta qabıqlarını tullamayın - İnanılmaz faydaları

Yumurta qabıqlarını tullamayın  - İnanılmaz faydaları
Faydalı məsləhətlər
10.09.2017 12
Yumurtanı
sındırıb, qabığını o dəqiqə zibilliyə atırsınız? Əslində isə yumurtanın
qabığı özü qədər çox faydalıdır. Güclü sümüklər, sağlam saçlar,
uzunömürlü dişlər üçün kalsiumun nə qədər önəmli olduğu şübhəsizdir.
Kalsium deyilincə isə ilk ağıla gələn qidalar sırasında yumurta qabığı
da var. Yumurta qabığının təxminən 95%-i kalsium ehtiva edir.

 

Salmonella
bakteriyası riskinə qarşı çox yaxşı qaynadılan yumurta qabığı
qurudulub, əzilib toz halına gələndən sonra istifadə edilə bilər. Orta
boy yumurtadan 1 çay qaşığı qədər toz əldə edilir ki, bu da 800 mg
kalsium deməkdir. Unutmayın ki, çox kalsium qəbulu əzələ tutulmalarına
səbəb olduğundan kalsium qəbulu ilə yanaşı potasium qəbulunu da artırın.
 

 

Üz maskası

Maska
1. Yumurta qabığını əzin və bir yumurta ağı ilə qarışdırın. Bu qarışımı
üzünüzə sürtün və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq suyla
üzünüzü təmizləyə bilərsiniz.

 

Maska 2. 2 çay qaşığı yumurta qabığı, 2 xörək qaşığı yumurta ağı, 2 çay qaşığı qatıq

4
damcı limon suyunu bir arada qarışdırıb dərinizə sürtün. 15 dəqiqə
sonra ilıq su ilə durulayın və dəriyə nəmləndirici vurun. Həftədə iki
dəfə edin.

 

Bu maskanın yardımı ilə dəri yenidən canlanır. Ləkələr yox olur.

 

Sümük əriməsinə qarşı

Əvvəlcə
istifadə ediləcək yumurtaları qaynadın. Sonra yumurtaları soyun,
qabığının içindəki pərdələri təmizləyin və blendrdən keçirib toz halına
gətirin. Təzə sıxılmış meyvə suyu, ya da südə qataraq hər səhər 1 çay
qaşığı qəbul edin.

 

Menopauza dövründə yaşanan sümük əriməsi probleminə qarşı formul:

10 ədəd yaxşı yuyulmuş ağ yumurta

50 limon

25 qr kəklikotu

25 qr çörək otu

2.5 kilo yaxşı bal

 

Limonları
sıxın və yumurtaları 10 gün boyunca limon suyunda, şüşə qabın içində,
sərin bir yerdə saxlayın. 10 günün sonunda yumurta qabıqlarının ərimiş
olduğunu görəcəksiniz. Yumurta sarılarını ayıraraq atın, yumurta
ağlarını limon suyu ilə yaxşıca qarışdırın. Bu qarışımın içinə də
kəklikotu, bal, çörəkotunu əlavə edərək, hər gün 1 qəhvə fincanı için.
Sümükləri gücləndirən formuldur.

 

Borularını tıxanmasını əngəlləyir

Yumurta
qabıqlarını əlüzyuyanın süzgəc hissəsinə yerləşdirin. Yerləşdirdiyiniz
qabıqlar tıxanmaya səbəb olacaq qatı maddələrin süzgəcdən keçməsinə
əngəl olacaq.

 

Qaz, çaynik təmizliyi

Yumurta qabıqlarınızla qazan və çaynik diblərini təmizləyə bilərsiniz. Bu işi görərkən yuyucu şampundan da istifadə etmək olar.

 

Çiçəklərinizin torpağına yerləşdirin

Yumurta
qabığı kalsium və digər minerallar baxımından zəngin olduğundan
çiçəklərinizin torpağına yerləşdirəcəyiniz yumurta qabıqları gübrə
təsiri verir.

 

Qəhvənin acısını alır

Qəhvə maşınından acı dad alırsınızsa, maşının qəhvə qoyduğunuz hissəsinə yumurta qabığı yerləşdirin.

 

Paltarı ağardır

Yumurta qabıqlarını parça torbanın içində ağ paltarlarla birlikdə paltaryuyan maşına qoyun.

 

Qaşıntılara faydalıdır

Alma sirkəsi və yumurta qabığı ilə hazırlayacağınız qarışımı qızartılara və qaşıntılara qarşı istifadə edə bilərsiniz. 

 

Yumurta qabığından saxsı

Balaca saxsı qablar da hazırlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!