Allergiya nədir?

Allergiya nədir?
Faydalı məsləhətlər
10.09.2017 31
Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə
asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya
dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə
qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin
narahatlığının adı allergiyadır.



Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır.



Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə
keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz)
nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan
təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni
allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir.
Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev
heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen
maddələri çox müxtəlifdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!