Nə üçün yeməkdən sonra yatmaq olmaz?

Nə üçün yeməkdən sonra yatmaq olmaz?
Faydalı məsləhətlər
10.09.2017 21
Yeməkdən sonra insanlar adətən yuxululuq hiss edir. Lakin həkimlər yeməkdən dərhal sonra yatmağı tövsiyə etmir.

Mütəxəssislərin fikirinə görə, bu orqanizmdə ciddi pozulmalara səbəb ola bilər.

Yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski
artır. Mədə dolu olarsa,   uzanaq vəziyyətdə yemək mədədən geriyə - qida
borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları
xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını
yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Bu hal daim
təkrarlanırsa, qida borusu xərçənginin riski artır.

Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına
da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur.

Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu
da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet
xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.

Yuxu zamanı orqanizmdə gedən bütün proselər, o cümlədən, həzm
prosesləri ləngiyir. Bu isə həzmin pozulmalarına, mübadilə proseslərinin
ləngiməsinə, çəkinin artmasına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!