Vücudu ramazana öyrəşdirməyin 5 yolu

Vücudu ramazana öyrəşdirməyin 5 yolu
Faydalı məsləhətlər
10.09.2017 17
Ramazan ayı bu il də ilin ən uzun və isti günləri ilə üst-üstə düşür. İftar və sahur (imsaq) arası qısa olacağı üçün enerjili və tutumlu qidalara üstünlük vermək lazımdır.
Mədənin uzun müddət boş qalacağı isti yay günləri gəlməmiş vücudu Ramazana hazırlamaq vacibdir. "Zaman.az" xəbər verir ki, bunun üçün aşağıdakı 5 qayda çox faydalı olacaq.
Səhər yeməyini tez yeyin. Əgər səhər yeməyini günortaya yaxın yeyirsinizsə buna son qoyun. Səhər yeməyinizi saat 08:00-a qədər tezləşdirsəniz günortaya qədər vücudunuz daha aktiv və canlı olar.
Ara vaxtlardakı yeməkləri ləğv edin. Davamlı olaraq qida qəbul etmək mədənin dayanmadan fəaliyyət halında olması deməkdir. Bu vəziyyətə vərdiş edən mədə, gün ərzində aclıq olmasa belə həmişə aclıq hissi verə bilər. Ramazandan əvvəl bu vərdişlərdən uzaqlaşmaq, mədəni boş qalmağa öyrəşdirmək lazımdır.
Axşam yeməklərindən sonra yatana qədər heç nə yeməmək məsləhətdir. Vücudun həzm sistemi asanlaşarsa səhər daha faydalı qidalana bilərsiniz.
Şəkərli və yağlı qidalardan uzaq durun. Daha faydalı və sağlam qidalar qəbul edin ki, orqanizminizin müqaviməti güclü olsun.
Ramazana bir neçə gün qalmış isə günorta yeməyi yeməyin. Mədənizi və zehninizi aclığa öyrəşdirməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!