Köməyimizə çatacaq mətbəx sirləri

Köməyimizə çatacaq mətbəx sirləri
Faydalı məsləhətlər
10.09.2017 8
Əgər siz bişirmə vaxtı pitsaya əlavə etdiyiniz göyərtinin rəngini və dadını dəyişməsini istəmirsinizsə ilk öncə bitki yağına batırmağınız məsləhətdir.
Makaronlar və spaqettilər bişirmə vaxtı yapışmasın deyə, qaynayan suya bir az bitki yağı əlavə etmək lazımdır.
Bişirmə vaxtı kartofun nazik dərisinin partlamasını istəmirsinizsə, suya bir neçə damcı sirkə əlavə etmək lazımdır.
Qaynadılmış kartofa bişirimə vaxtı sarımsağın bir neçə dişini əlavə etsəniz daha dadlı olacaq.
Doğranmış soğanın təravətini saxlamasını, istəyirsinizsə duzla səpilmiş nəlbəkiyə qoyun.
Əgər duzqabıya düyünün dənlərini qoysanız, duz nəmlənməyəcək.
Suyun yerinə süddə həll edilmiş xardal daha yaxşı qalır (saxlanır), qurumur.
Təmizlənmiş almalar qaralmasın deyə, onları soyuq, azca duzlanmış suya (salatlar üçün) yerləşdirirlər.
Yumurtalar əgər yuxarı küt sonla qoyularsa daha yaxşı qalar (saxlanılar).
Bıçaqları isti suyla yumağa tövsiyə edilmir, bu zaman onlar kütləşirlər.
Əgər limondan (tam (bütöv)) şirəni sıxmaq lazımdırsa, onda onu qaynar suya qabaqcadan qoyub, əllə masa üzrərində limonu gəzdirmək, sonra kəsmək və şirəni sıxmaq lazımdır- şirə hiss olunacaq dərəcədə daha çox sıxılacaq .
Qızardılmış qarabaşaq yarmasından sıyıq daha sürətli bişir, kövrək və ətirli alınır.
Yarmanı çuqun tavasına və ya tavaya tökürlər (doldururlar) və bir neçə dəqiqə ərzində sobada qızardırlar.
Vitamin C daha yaxşı şorbalarda (unlular, yarmalar, kartoflar) qalır (saxlanır), nəinki borşlarda. Nişasta kartofda və yarmalarda olur, dağılmadan vitamini qoruyur.
Tərəvəz şorbaları, hansılarda ki, kartof və yarma yoxdur, azca qızardılmış un əlavə edilməsi tövsiyə edilir — onda daha çox və dadlı olacaqlar.
Tərəvəz şorbasının daha dadlı və daha qidalı olmasını istiyirsinizsə, ona süd, qaymaq, qatıq və ya xama əlavə edin.
Əgər siz kartof şorbasını tərkibində turşu (duzlu xiyarlar, turşəng) olan tərəvəzlərlə bişirirsinizsə tərəvəzləri ən son da əlavə edin yoxsa kartof sərt olacaq.
Qızardılmış kartof yalnız yaxşı qızarandan sonra duzlayın, tez duzlasaz duz piylə qarışacaq və dilimlər formasını itirəcək, və dadı daha pis olacaq.
Turşu tərəvəzlərin bişirməsini yavaşladır. Buna görə sirkə, limon turşusunu, pomidoru tərəvəzlər tam hazır olandan sonra əlavə etmək lazımdır.
Kartofun daha sürətli bişməsi üçün suya bir az yağ əlavə etmək lazımdır.
Kartofu bişirərkən, bir az sarımsaq, dəfnə yarpağı və bir az sirkə, duz əlavə etdikdə, kartof hətta soyuq olan zamanı da çox dadlı olur.
Kartof püresi soyuq südlə durulaşdırmaq lazım deyil, bu zaman püre boz rəng əldə edir və onda topalar yaranır. Püreni durulaşdırmazdan əvvəl, südü qızdırmaq və tədricən əlavə etmək lazımdır.
Əgər qab-qacaq balığın və ya soğanın qoxusunu saxlayırsa, onu sirkəli suyla yaxalamaq lazımdır, onda qoxu yox olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!