Səhər oyandıqdan 15 dəqiqə sonra...

Səhər oyandıqdan 15 dəqiqə sonra...
Faydalı məsləhətlər
10.09.2017 25
Günə yüngül idman hərəkətləri ilə həm xoşbəxt, həm enerjili başlaya, həm də artıq çəkilərinizdən xilas ola bilərsiniz.

Heç bir şey yemədən edilən səhər idmanı bədəndəki artıq yağları yandırır. Çünki bədən yuxudaykən ehtiyac duyduğu enerjini karbohidratlardan alır və səhər oyandığımızda bu depo tükənmiş olduğundan ehtiyacı olan enerjini yağlardan təmin edir.

Araşdırmalar da səhər saatlarında edilən idmanın, qaçışın yağ yandırmağı sürətləndirdiyini təsdiqləyib. Ancaq sağlamlığınız zərər görmədən kilo atmaq üçün diqqət etməli olduğunuz bəzi detallar da var. Aile.lent.az onları təqdim edir.

Əvvəla səhərlər ürəyinizi çox gücə salan idman hərəkətləri etməyin. 30 dəqiqəlik qaçış bəs edir.

Səhər idmanının ardından səhər yeməyini yeyin. Uzun müddət ac qalsanız, bədəniniz bir miqdar yağ yandırdıqdan sonra ehtiyacı olan enerjini proteinlərdən almağa başlayır. Bu da əzələlərin istifadə edəcəyi proteinlərin tükənməsi deməkdir. Əzələləriniz gücsüzləşir. Bir müddət sonra səhər idmanı edə bilməyəcək hala gələcəksiniz.

Səhər idmanını səhər oyandıqdan 15 dəqiqə sonra etməlisiniz. Əgər gec etsəniz, bədəninizin insulin dirənci düşər və aclıq hissi çox olar. Bu hisslə günə başlamaq bitkinlik hissi yaradır və qısa müddətdə idmana da həvəs qalmır.

Səhər idmanına ara versəniz, karbohidrat yüklü səhər yeməyi yesəniz, bədən insulin ifraz edəcəyi üçün kökələ bilərsiniz. İnsulin bədənə yağ toplamasını asanlaşdırır.

Əgər səhər idmanını əsnəmə hərəkətləri ilə başlasanız, bədəniniz xoşbəxtlik hormonu ifraz edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!