Sərinlənmək üçün soyuq su içməyin

Sərinlənmək üçün soyuq su içməyin
Faydalı məsləhətlər
10.09.2017 11
İsti havada insanların əksəriyyəti sərinlənmək üçün soyuq su, müxtəlif içkilər içir.
Lakin bu, heç də sərinlənməyə kömək etmir. Əksinə. Orqanizmə düşən soyuq su əvvəl orqanizm tərəfindən "qızdırılır" ki, nəticədə insana daha da isti olur.

Soyuq su damarların spazmına səbəb olur. Bunun nəticəsində orqanizmdə istinin mübadiləsi pozulur - orqanizm istini ətraf mühitə verə bilmir.
Damarların spazmı çox təhlükəli haldır. Ürək xəstəliklərindən əziyyət çəkənlərdə bu, ürək tutmasına və hətta infarkta səbəb ola bilər.
Yay aylarında boğaz iltihabları və angina halları artır. Bu da məhz soyuq içkilərin qəbulu ilə bağlıdır.
Suyu sərin halda için (təxminən 25 C). Bu, həm sərinlənməyə kömək edəcək, həm də sağlamlığa ziyan vurmayacaq.

Şərq ölkələrində isti havada isti çay içmək adəti var. Bu, çox gözəl adətdir. İsti çay damarları genişləndirir, insanı tərlədir. Tərləmə isə orqanizmin soyumasına kömək edirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!