Şəkillərdə qəşəng düşmək üçün necə makiyaj etmək lazımdır?

Şəkillərdə qəşəng düşmək üçün necə makiyaj etmək lazımdır?
Faydalı məsləhətlər
10.09.2017 12
Toy günündə makiyajınız ideal olsa da, siz istədiyiniz kimi gözəl görünsəniz belə, bu, şəkillərdə və video görüntülərində heç də belə görünməyə bilər. Yaşanan gözəl anların yalnız şəkillərdə əksini tapmasını nəzərə alsaq, bu mövzu hər bir gəlin namizədi üçün maraqlı olmalıdır, çünki heç bir gəlin şəkillərində yağdan parıldayan dəri, normadan artıq rənglənmiş göz qapaqları və ya dodaqlar, üzə çıxan dəri problemlərini görmək istəməz.

Makiyajı özünüz etməli olsanız və ya etdirməli olsanız belə verəcəyimiz məsləhətləri mütləq nəzərə alın. Makiyajdan əvvəl üzünüzü makiyaj təmizləyicisi ilə təmizləyin. Daha sonra nəmləndirici krem çəkin. Üz cizgilərinin, yanaqların daha aydın və gözəl görünməsi üçün tonlaşdırma çox vacibdir. Tonlaşdırmada istifadə etdiyiniz rənglər qətiyyən tünd olmalı deyil, onlar şəkildə ləkə və ya düzgün olmayan kölgələr yaradaraq obrazınızı tamamilə korlaya bilər.

Göz qapaqlarının makiyajında ilk olaraq makiyajın qalıcı olması, yayılmaması üçün göz qapaqlarını bütünlüklə kirşanla və ya korrektorla örtmək lazımdır. Daha sonra baxışlara istilik qatmaq üçün göz qapaqlarının ortası şaftalı rənginə yaxın kirşanla rənglənməli və ehmalca elə yayılmalıdır ki, rənglərin tam sərhəddi bilinməsin. Bundan sonra göz rənginə uyğun olaraq qəhvəyi və ya digər tonlar istifadə oluna bilər, göz altları isə təbii kölgələrlə azacıq rənglənir. Sonra kipriklərin diblərinə layner çəkilir.

Kiprikləri qısa və ya seyrək olan xanımlar üçün ən ideal variant taxılan kipriklərdir. Bu kipriklərdən ən təbii görünəni tək və çox da uzun olmayanlarıdır. Burada uzunluq deyil, sıxlıq daha vacibdir, çünki isti, gözəl və maraqlı baxışları kipriklərin sıxlığı yaradır. Bundan başqa, kiprik taxmayan xanımlar əgər özləri bunu edəcəklərsə ən ideal variant elə tək kipriklərdir. Kipriklərin dibləri görünməsin deyə yenidən qələm və ya laynerlə rənglənir və sonra tuş çəkilir. Qaşları öz rənginə uyğun qələm və ya göz kölgəsi ilə bir az rəngləmək məsləhətdir, bu zaman onların sərhədi bilinəcəyi üçün cizgiləriniz üzə çıxacaq və gözəl görünüş yaradacaq.

Almacıq sümüklərini qabartmaq üçün onların üzərinə açıq-şaftalı rəngli və ya dəri rənginə uyğun olan ənlik çəkilir. Onun tünd və ya çox tünd olması qətiyyən məsləhət deyil. Ənlik yuxarı doğru elə yayılmalıdır ki, tamamilə hamar görüntü yaransın, rəngi hər tərəfə bərabər yayılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!