Bir stəkan suya töküb içsəniz..

Bir stəkan suya töküb içsəniz..
Faydalı məsləhətlər
10.09.2017 17
Sirkənin bir çox faydası məlum olsa da, bəzi insanlar qoxusuna görə ondan istifadə etmir. Lakin sirkənin bu faydalarını bilsəniz, süfrənizdən əskik etməzsiniz.

Sirkənin faydaları:
1. Zərərli bakteriyaları öldürür
Sirkə yaşıl tərəvəzlər və yaşıl yarpaqlılarda olan kimyəvi maddələri yox edir, eyni zamanda zərərli bakteriyaları öldürür. Salat edərkən göyərtiləri təmizləmək üçün və salatın içində istifadə edə bilərsiniz.

2. Sədəf xəstəliyinin müalicəsində təsirlidir
Sədəf xəstəliyi xroniki və təkrarlanan dəri xəstəliyidir. Aparılan bir çox araşdırmaya baxmayaraq, tam müalicəsi əldə edilməyib. Sirkə bədəndəki PH dəyərini nizamladığı üçün sədəf xəstəliyinə yaxşı təsir edir.

3. Saçlara parlaqlıq qazandırır
Saçlarınızı yüngülcə isladın, saç diblərinə və uclarına bol alma sirkəsi sürtün. Saçınızı isti dəsmalla sarıyın və 1 saat belə saxlayın. Bol suyla yaxşıca yuyub durulayın. Həftədə bir dəfə istifadə etdikdə daha parlaq saçlara qovuşmağınızı təmin edəcək.

4. Diş sağlamlığına faydalıdır
Bir stəkan suyun içinə 2 yemək qaşığı sirkə əlavə edin, qarışımla ağzınızı yaxalayın. Bu üsul diş əti problemlərinə yaxşı təsir edəcək. Əgər dişinizlə əlaqədar bir probleminiz varsa, sirkə ilə qırmızı bibəri isidib ağzınızda bir neçə dəqiqə saxlayın.

5. Sirkə göz iltihablanmasına yaxşı təsir edir
Bir stəkan qaynayıb soyumuş suya bir çay qaşığı sirkə əlavə edin, gözünüzə sürtün. Eyni zamanda, nizamlı istifadə edilməsi sirkədə olan beta-karoten sayəsində nəticəsində katarakt riskini də azaldır.

6. Sirkə varikoz problemini həll edir
Alma sirkəsi dolu bir qaba qalın parça qoyun. Alma sirkəsi parçaya əmilsin. Parçanı ayaqlarınıza bükün və yuxarı qaldırın. Gündə bir-iki dəfə yarım saatlıq müddətə bunu tətbiq edin. Nəticədə bir neçə həftə ərzində gözlə görülən irəliləyiş olur.

7. Yuxu problemlərinə yaxşı təsir edir
Bir litr suya 3 çay qaşığı sirkə əlavə edin. Yatmazdan dərhal əvvəl 1 stəkan qədər için. Sirkənin bir çox faydası kimi, bu qarışım da yuxu probleminizə yaxşı təsir edəcək.

8. Qızdırmanı aşağı salır
5 yemək qaşığı suya 1 yemək qaşığı sirkə qarışdırın. Bu qarışımı bir parça köməkliyi ilə qızdırması olan adamın alnına kompres edin. Bu, həm hərarəti yüksələn adamın qızdırmasını salacaq, həm də toksinlərin atılmasına kömək olar.

9. Xolesterolu nizamlayır
Xolesterolunuz var və yüksəkdirsə, yeməklərdən əvvəl ballı alma sirkəsi için. Bunu nizamlı olaraq tətbiq etsəniz, xolesterol səviyyənizi həmişə eyni saxlayarsınız.

10. Həşərat sancmasına qarşı təsirlidir
Sirkə heyvan zəhərlərini yox etmə xüsusiyyəti daşıyır. Həşərat dişləmələri zamanı şişən və ya qızaran bölgəyə bir miqdar sirkə sürtməniz bu problemə yaxşı təsir edəcək.

11. Arıqlamağa kömək edir
Həzmi asanlaşdırır, iştahanı və şirniyyata meyli azaldır. Odur ki, artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlərin alma sirkəsindən istifadəsi məsləhət görülür. Bunun üçün səhərlər ac qarına 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və eyni miqdarda bal töküb, qarışdırıb için.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!