Pomidor şirəsininin inanılmaz faydaları

Pomidor şirəsininin inanılmaz faydaları
Faydalı məsləhətlər
10.09.2017 16
Pomidor şirəsi ən faydalı şirələrdən biri sayılır. Pomidor şirəsi A, C, B qrupu, PP kimi vitaminlər və bir çox əvəzolunmaz minerallarla (kalium, kalsium, maqnezium, fosfor, marqans, sink, dəmir və s.) olduqca zəngindir.

Bu şirə bir çox xəstəliklərin profilaktikası məqsədi ilə təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Pomidor şirəsinin faydaları:

- Kaliumla və maqneziumla zəngin olan pomidor şirəsi ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, damar və kapilyarları qoruyur, damarlarda xolesterininin yığılmasına mane olur, arterial təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır.

- Qlaukoma xəstəliyi zamanı faydalıdır - göz təzyiqini aşağı salır.

- Varikoz xəstəliyinin qarşısını alır.

- Beyində "serotonin" hormonunun ifrazını artırır. Serotonini "xoşbəxtlik hormonu" adlandırırlar. Bu hormon streslə mübarizə etməyə kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.

- Güclü antioksidant likopinlə zəngin olan pomidor şirəsi xərçəng əleyhinə təsirə malikdir.

- Pomidor şirəsi orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

- Cavanlaşdırıcı təsirə malikdir, dərinin vəziyyətinə müsbət təsir edir.

- Hamilə qadınlarda ürəkbulanması zamanı yaxşı kömək edir.

- Maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir.

- Pomidor şirəsi kişilərdə prostat vəzi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur.

Lakin, onu da nəzərə almaq lazımdır ki, ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu şirəni qəbul etmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!