Qadınların bilməsi lazım olan 9 sirr

Qadınların bilməsi lazım olan 9 sirr
Faydalı məsləhətlər
10.09.2017 10
1. Yataq ağları tez-tez dəyişdirilərsə yuyulması asan olur. Pambıq və kətan parçadan olan yataq ağlarını islağa qoyduqdan 1 saat sonra sabunlu-sodalı suda qaynadılarsa daha təmiz olar.
2. Ustündə rəngli saplarla işlənmiş naxışları olan süfrə və salfetlərin rəngi getməsin deyə, onları qatı duzlu suda islağa qoyduqdan sonra suda yaxalayıb adi qaydada yuyularsa, rəngləri solmaz.
3. Çay dəsmalları duzlu suya islağa qoyulduqdan sonra daha yaxşı yuyulur.
4. Qurumuş paltarları ipdə çox saxlamaq olmaz. Çox quruyan paltarların ipləri tez kövrəkləşir və cırılır.
5. Süni ipəkdən hazırlanmış məmulatları yuyarkən bərk sıxmaq və ovxalamaq olmaz. Çünki yaş halda onların kövrəkliyi çox olur.
6. Pencəyin qolunu ütüləmək üçün onun içərisinə mütəkkə kimi bükülmüş dəsmal qoyulub ütülənməlidir.
7. Təzə ütülənmiş yataq ağlarını dərhal şkafa yığmayın, qoyun soyusun sonra yığın. Yoxsa yenidən qırışacaq.
8. Yataq ağlarını ütüləyərkən hər dəfə eyni yerdən qatlamayın. Eyni yerdən qatladıqda həmin yerləri qat kəsir və tez cırılırlar.
9. Üstündə naxışlar olan paltarlar əvvəl tərs, sonra isə düz üzündən ütülənməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!