Göz yorğunluğunu aradan qaldıran kompres - RESEPT

Göz yorğunluğunu aradan qaldıran kompres - RESEPT
Faydalı məsləhətlər
10.09.2017 15
Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqan gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir. Qadinlar.Biz aile.lent.az-a istinadən göz dincəldən kompres reseptini təqdim edir.

Ərzaqlar:
1 çay qaşığı çobanyastığı
1 çay qaşığı yaşıl çay
2-3 damcı gül suyu
2 ədəd buz
1 stəkan su

Hazırlanması:
Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.
Hər gün istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!