12 saatdan çox saxlamayın, bulaqdan içməyin..

12 saatdan çox saxlamayın, bulaqdan içməyin..
Faydalı məsləhətlər
10.09.2017 6
Həkimlər tez-tez deyir ki, su insan üçün yeməkdən vacibdir. Bu həqiqətən belədir. İnsan orqanizminin 85%-ni su təşkil edir.

Su qanın, beyinin əsas tərkib hissəsidir. Orqanizmdə gedən bütün proseslər məhz suyun iştirakı ilə baş verir. Suyun orqanizmə lazım olandan az miqdarda daxil olması bir sıra ağır pozulmalara səbəb olur:

- qan qatılaşır, damarlarda trombların əmələ gəlmə riski artır. Tromblar damarları daraldır, qan dövranını pozur. Tromb qopa bilər və qan axını ilə hərəkət edərək ürək və ya beyinin damarını bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafına səbəb olur.

- beynimiz əsasən sudan ibarətdir. Susuzlaşma ilk növbədə beyinə mənfi təsir edir, beyinin fəaliyyətinin pozulmasına səbəb olur.

- susuzlaşma dərinin qocalmasının ilk səbəbidir.

- böyrəklərin fəaliyyəti pozulur, böyrəklərdə daşlar əmələ gəlir.

- sidik kisəsində toksiki maddələrin və mikrobların yığılmasına səbəb olur ki, bu da iltihablara gətirib çıxardır.

- bağırsaqların fəaliyyəti pozulur, qəbizlik inkişaf edir.

- su orqanizmi daxildən sanki "yuyur", ağır metallar, toksinlər, şlaklar və s. ziyanlı maddələrdən azad edir. Bu baş vermədikdə ziyanlı maddələr orqanizmdə yığılır və bu da o cümlədən xərçəngin riskini artırır.

Beləliklə, sağlam olmaq istəyirsinizsə, mütləq su iç. Həkimlər buna əks-göstərişlər olmadığı halda isti havada 2,5-3 l su (çay, qəhvə. kompot və s. yox!) içməyi tövsiyə edir.

Su qəbulu ilə bağlı olan bəzi həkim tövsiyələrini sizə təqdim edirik:

- Həkimlərin fikrinə görə, ən yaxşı seçim dükanlarda plastik (və ya şüşə) butulkalarda satılan içməli sudur. (Mineral sulardan söhbət getmir.)

- Kran suyu mütləq qaynadılmalıdır.

- Bulaq suyunu da mütləq qaynatmaq lazımdır. El arasında bulaq suyu çox faydalı, hətta müalicəvi sayılır. Lakin, belə suda mikroblar və ziyanlı maddələr ola bilər.

- Qaynanmış suyu 12 saatdan çox saxlamaq olmaz.

- Plastik butulkada olan suyu qazın yanında və günün altında saxlamaq olmaz. Butulka qızdıqda suya ziyanlı maddələri buraxır.

- Mineral suların qəbuluna diqqət yetirmək lazımdır. Butulkanın üzərində olan yazıları oxuyun. 1 l suda 5 qr-dan artıq mineral maddə varsa, belə suyu yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Əks halda bu böyrəklərdə daşların əmələ gəlməsinə və digər pozulmalara gətirib çıxarda bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!