Arı sancması zamanı nə etməli?

Arı sancması zamanı nə etməli?
Faydalı məsləhətlər
10.09.2017 7
Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meyilli olan insanlarda, uşaqlarda bu ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər.

Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşaratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın.

Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır.

Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımıdr.

Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bunu hətta bu insanda heç zaman allergiya olmayıbsa belə, mütləq edin. Xüsusilə də zərərçəkmiş uşaqdırsa.

Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.

Zədələnmiş yeri axar su ilə yuyun, istənilən antiseptik ("perekis", spirt, yod və s.) vurun.

Zərərçəkmişə bol maye (isti çirin çay, şirin su və s.) verin.

Əgər həşəratın sancmasından sonra allergiyanın əlamətləri (ümumi zəiflik, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırınскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!