Axşamdan qalan çayı içməyin!

Axşamdan qalan çayı içməyin!
Faydalı məsləhətlər
10.09.2017 8
Bəzən biz vaxt azlığından və ya "qənaət" məqsədi ilə axşamdan dəmlənmiş çayı səhər qızdırıb içirik.

Bu qəti şəkildə yolverilməzdir. Tək ona görə yox ki, belə çayın dadı və ətri olmur. Yaponlar köhnə çayı "ilan sancması", çinlilər "zəhər" adlandırırlar. Bu da əbəs yerə deyil.
Çay çox faydalı və müalicəvi içkidir. Onun tərkibində tanin, pektinlər, büzücü maddələr, vitaminlər, minerallar, efir yağları və s. faydalı maddələr var. Lakin köhnə çayda bu faydalı maddələr qalmır, onlar hamısı dağılır. Mütəxəssislər çayı dəmlədikdən sonra 2 saat ərzində içməyi tövsiyə edirlər.

Bundan əlavə köhnə çayda bakteriyalar, göbələklər, toksiki maddələr çoxalmağa başlayır. Bu da bizim mədə-bağırsaq sistemimiz və xüsusilə də qaraciyərimiz üçün çox ziyanlıdır.

Köhnə çayı digər məqsədlərlə istifadə edə bilərsiniz. Belə ki, çayda pambıq diskləri isladıb göz qapaqlarının üzərinə qoyduqda göz şişkinliyi azalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!