Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY

Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY
Faydalı məsləhətlər
10.09.2017 18
Qarğıdalı saçaqları xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Qarğıdalı saçaqları sidik və ödqovucu təsirə malikdir, qanda şəkərin səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, toksinləri, şlakları xaric edir.

Qarğıdalı saçaqları iştahanı azaldır və bu səbəbdən arıqlamaq üçün istifadə oluna bilər.

Sizə tərkibində qarğıdalı saçaqları olan çox faydalı və müalicəvi çayın reseptini təqdim edirik. Bu çay orqanizmə ümumimöhkəmləndirici təsir edir, orqanizmi təmizləyir, iltihabları azaldır, arterial təzyiqi tənzimləyir, arıqlamağa kömək edir.

1 x.q. xırdalamış təzə qarğıdalı saçaqları, 1 x.q. itburnu (istifadə etdikdən əvvəl yaxşı əzin), 1 x.q. çobanyastığını termosa tökün, üzərinə yarım l qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl adi çay kimi için.

Öd daşı və böyrək daşı xəstəliyi zamanı bu çayı içmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!