Üzümün saysız faydaları

Üzümün saysız faydaları
Faydalı məsləhətlər
10.09.2017 14
Çox zəngin kimyəvi tərkibə malik olan üzüm olduqca faydalı meyvədir. Onun tərkibində orqanik turşular, vitaminlər (A, C, B6), fol turşusu, antioksidantlar, minerallar (sink, dəmir, mis, kalium, maqnezium) və s. faydalı maddələr var.

Üzüm ürək-damar sistemi üçün ən faydalı meyvələrdən biri sayılır. Üzüm ürəyin fəaliyyətini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlmə riskini azaldır, damarları genişləndirir, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qanazlığı zamanı kömək edir. Ürək üçün qara üzüm daha faydalıdır. Ümumiyyətlə üzümün tünd növləri insan sağlamlığı üçün ağ üzümlə müqayisədə daha faydalı sayılır.

Üzüm qaraciyəri çox yaxşı təmizləyir, fəaliyyətini yaxşılaşdırır, möhkəmləndirir.

Üzüm falvonoid maddələrlə çox zəngindir. Bu maddələr güclü antiokidantlardır - orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafının riskini azaldır.

Sidikqovucu təsirə malik olan üzüm böyrəklərin sağlamlığını qoruyur.

Üzüm sinir sisteminə də çox müsbət təsir edir - sinir gərginliyini və yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Üzüm ağciyərlərin və nəfəs yollarının vəziyyətini yaxşılaşdırır. Bu səbəbdən üzüm nəfəsalma sistemində problemləri olan və həmçinin siqaret çəkən insanlar üçün də çox faydalıdır.

Üzüm immun sistemini möhkəmləndirir, infeksiyalara qarşı davamlılığını artırır.

Üzüm yedikdə çəyirdəkləri atmayın, onları çeynəyib udun. Sübut olunub ki, üzüm çəyirdəklərinin tərkibində olan maddələr xərçəngəleyhinə təsirə malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!