Gündə 3 fincan çay içirsinizsə...

Gündə 3 fincan çay içirsinizsə...
Faydalı məsləhətlər
10.09.2017 32
Çay çox faydalı və müalicəvi məhsuldur. Lakin çayın həddindən artıq miqdarda qəbulu ziyanlı ola bilər.

İngiltərənin fitokimyə üzrə professoru Saymon Qibbson gün ərzində 3 fincan çay içməyi tövsiyə edir - səhər, günorta və axşam. Çay 5 dəqiqədən az olmayaraq dəmlənməli və yalnız təzə halda içilməlidir.

Amerika alimlərinin fikrinə görə gün ərzində 5 fincana qədər çay içmək olar.

Çayın müntəzəm qəbulu orqanizm üçün çox faydalıdır:

- Holland alimləri 15 il ərzində apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qara çayın qəbulu insultun riskini azaldır. Tərkibində çoxlu miqdarda flavonoidlərin olması "pis" xolesterinin səviyyəsini aşağı salır ki, bu da damarların sağlamlığını qoruyur. Nəticədə insult və ürək tutmasının riski azalır.

- Yaşıl çay mədə-bağırsaq sistemi üçün faydalıdır. O, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və həmçinin artıq çəkinin yığılmasına mane olur.

- Qara çay beyinin fəaliyyətini, təfəkkürü, öyrənmə qabiliyyətini yaxşılaşdırır. İngiltərə alimləri sübut edib ki, hər gün çay içən insanlarda ən yayılmış beyin şişi olan qliomanın riski 34% azalır.

- İstənilən çay növləri (qara, yaşıl, ağ, ulun çay) xərçəng əleyhinə təsirə malikdir. Çay antioksidant və polifenol maddələrlə zəngindir ki, bu maddələr xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

- Qarvard Universiteti (Böyük Britaniya) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gün ərzində 3-5 fincan çay içən insanların immun sisteminin bütün göstəriciləri daha yüksək olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!