Gündə 100 qr meyvə görün nəyə qadirdir

Gündə 100 qr meyvə görün nəyə qadirdir
Faydalı məsləhətlər
10.09.2017 4
Xarici mətbuatın məlumatına görə, Çin və İngiltərə alimləri 7 il ərzində yarım milyon insanın qidalanmasını və həyat tərzini təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, gündə 100 qr meyvənin qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini 30 % azaldır.
Araşdırmada iştirak edən insanlar eksperimentin əvvəlində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmirdi və hipotenziv (təzyiq salan) preparatları qəbul etmirdi. 7 ildən sonra məlum olub ki, hər gün meyvə yeyən insanlarda ürək-damar sistemi xəstəlikləri, insult və infarkt kimi ağır pozulmalar meyvə yeməyən insanlarla müqayisədə xeyli az təsadüf edilir.
Alimlər ürək-damar sistemini qorumaq istəyən insanlara hər gün ən azı 100 qr meyvə yeməyi tövsiyə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!