Vazelinlə bunları edə bilərsiz

Vazelinlə bunları edə bilərsiz
Faydalı məsləhətlər
10.09.2017 28
- Ənliklə göz altı arasında qalan bölgəyə almacıq sümüklərinizdən başlayaraq bir az vazelin çəkin. Dəriniz ipək kimi parlaq görünəcək.
- Ətirinizi vuracağınız yerə bir az vazelin çəkin beləcə ətirin təsirini uzun müddət hiss edin.
- Qaşlarınızın istədiyiniz istiqamətə yatması üçün barmaq uclarınız ilə bir az vazelin çəkin.
- Hər gecə dodaqlarınıza bir az vazelin çəkərək dodaqlarınıza möhtəşəm bir qulluq edə bilərsiniz.
- Uzun və sıx kirpiklər üçün vazelinin möcüzəvi təsirini istifadə edin. Təmizlədiyiniz köhnə bir tuş fırçası ilə vazelini kirpiklərinizə tətbiq edə bilərsiniz.
- Azalmış olan pomadanızı (ya da qida boyasını) bir qabda vazelin ilə qarışdırdığınızda yeni pomadanızı əldə etmiş olarsınız.
- Ayaqlarınızı yumşaltmaq üçün ən təsirli nəmləndirici olan vazelini istifadə etməni unutmayın. Yatmadan əvvəl ayaqlarınıza vazelin çəkin və corab geyib yatın.
- Bir parça şokolad alın və bir az da vazelin. İkisi də əriyənə qədər mikrodalğada gözlədin. Əridikdən sonra qarışdırın. Parladıcınız hazır!
- Bir az vazelin ilə makiyajınızı silin sonra su ilə üzünüzü yuyun.

- Saçlarınızı rənglənilmədən əvvəl saç xətti ətrafına tətbiq etsəniz, boyanın dərinizə bulaşmasını maneə törətmiş olarsınız.
- Vazelin döymənizin nizamlı baxımı üçün çox faydalıdır.
- Vazelin içinə dəniz duzu əlavə edərək bədən peelingi edə bilərsiniz.
- Saçlarınızın ucundakı qırıqlara vazelin ilə qulluq edə bilərsiniz.
- Paltarlardakı makiyaj ləkələrini vazelin istifadə edərək çıxara bilərsiniz.
- Ayaqqabı və çantalarınızı vazelin ilə parlada bilərsiniz.
- Vazelini bir az pudra əlavə etdiyinizdə dəri rəngi pomada olaraq istifadə edə bilərsiniz.
- Barmaq kənarlarına vazelin çəksəniz buradakı dərini yumşaldaraq manikür təsiri yarada bilərsiniz.
- Həssas göz dərinizə zərər vermədən taxma kirpiklərinizi çıxarmaq istəyirsinizsə, bir az vazelin vurun.
- Pomada çəkmədən əvvəl dişlərə vazelin tətbiq etsəniz, pomadanın dişlərinizə yapışmasına maneə törədə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!