Bunlar işinizi asanlaşdıra bilər

Bunlar işinizi asanlaşdıra bilər
Faydalı məsləhətlər
10.09.2017 52
Yerdəki şüşə qırıqları
Çox vaxt qırılan stəkana kədərlənməz, yerlərə saçılan şüşə qırıqlarını necə yığacağımızı düşünürük.Belə bir vəziyyətdə qırıqları təmizləmənin ən əmin yolu, isladacağınız bir parça pambıqdır. Yaş pambığı yerdə gəzdirin, şüşə qırıqları pambığa ilişəcək.

Soğanın ağlatmaması üçün
Soğanınız ağrıdırsa, gözlərin yaşayara bilər. Amma soğanı, istifadə etmədən bir iki saat əvvəl soyub, soyuq suda gözlətsəniz, bütün acılığı yox olar və gözlərin yaşayarmaz.

Yağın sıçramaması üçün
Kartof ya da badımcan qızartmalarında yağın sıçraması təbiidir, çünki nə qədər qurulasanız qurulayın, bu iki tərəvəzin saldığı su yağın sıçramasına səbəb olar. Bunun üçün də hər ehtimala qarşı yağa bayat çörək qabığı qoyun.

Siqaret qoxusu
Otaqlara sinən siqaret qoxusuna qarşı, otaqlarınızın bəzi künclərinə ipə keçirdiyiniz yaş bir süngər asın. Yaş süngər bütün siqaret qoxusunu hiss edəcək.

Susuz limonlar
Limonlarınızın daha çox su verməsini istəyirsinizsə, bunları isti suya atın. Faydasını görəcəksiniz.

Çıxmayan etiketlər
Şüşə və qabların üzərindəki etiketi əvvəl bir az suyla nəmləndirin. Sonra da şam atəşinə tutsanız, çıxara bilmədiyiniz etiketlərin asanca çıxdığını görə bilərsiniz.

Şüşə silərkən
Şüşə silmə suyuna heç duz qatıldığını eşitmişdinizmi? Qatacağınız bir parça duz, həm şüşələrin daha asan təmizlənməsini, həm də tərtəmiz parlamasını təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!