Çaydanın ərpini necə təmizləmək olar

Çaydanın ərpini necə təmizləmək olar
Faydalı məsləhətlər
10.09.2017 41
Ərp tutmuş çaydanı təmizləmək evdar qadın üçün ən xoşagəlməz işlərdəndir.Bu məqsəd üçün satışda bəzi hazır vasitələr var.Bunula yanaşı başqa vasitələr də vardır.

Çaydanın ərpini təmizləmək üçün illər uzunu çay sodası və sirkə essensiyası işlədilmişdir.Çaydana isti su töküb odun üzərinə qoyun.Qaynayana yaxın çay sodası(1l suya 2-3 xörək qaşığı)əlavə edin.Çaydan yavaş-yavaş qaynadıqda (20-25 dəqiqə müddətində)onu yerə düşürüb soyumasını gözləyin.

Bundan sonra suyunu boşaldıb yenidən isti su ilə dolduraraq sirkə(essensiya)(1l suya 1-2 çay qaşığı) əlavə edib yarım saat qaynadın.Adətən belə əməliyyatdan sonra ərp yumşaılb boşalır,onu taxta parçası ilə asanlıqla qaşımaq olur.Bundan sonra çaydanı soyuq su ilə yaxalayıb möhkəm yumaq məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!