Qanı təmizləməyin ən yaxşı yolları

Qanı təmizləməyin ən yaxşı yolları
Faydalı məsləhətlər
10.09.2017 22
Qan damarlarının təmizlənməsini qida məhsulları ilə də etmək mümkündür. Statistika göstərir ki, qan damarlarında tıxanmaların sayı artmaqdadır və buna görə də ölüm halları artmışdır.

Damarlar tutulan zaman qanın hərəkət etməsinə mane olmaqla yanaşı, qan təzyiqini yüksəldər, ürək xəstəliklərinin şiddətlənməsinə səbəb olar.

Qanı təmizləməyin ən yaxşı yolları


Bəs bu qida məhsulları hansılardır?
Sarımsaq

Sarımsaq qan damarlarını təmizləyən ərzaqlardandır. Əgər damarlarınızda tıxanmaların olmasını istəmirsinizsə, sarımsağı öz yemək proqramınıza daxil edin. Çünki bu ərzağın tərkibində anti-oksidantlar vardır. Bundan başqa sarımsaq qanda xolesterinin aşağı düşməsinə səbəb olar.

Yulaf yarması
Yulaf yarması sağlam günə başlamaq üçün fövqəladə bir qidadır. Həzm sistemini təhrik edər və gündəlik fəaliyyət üçün lazımlı enerjini təmin edər. Unutmayın ki, yulaf yarması qan damarlarının kənarına yapışan yağların azalmasına səbəb olar.

Alma
Aparılan tədqiqatlar göstərir ki, almanın tərkibində pektin maddəsi vardır ki, xolesterinin səviyyəsini aşağı salar. O zaman ki, xolesterin normada olar, qan tıxanması azalar.

Balıq
Yağlı balıq Omeqa-3 mənbəyidir. Bədənimizin ona ehtiyacı vardır və həm də qan damarları üçün faydalıdır.

Sarıkök
Sarıkök ürəyi qoruyan kurkumin maddəsinə malikdir Tədqiqatlar göstərib ki, bu maddə ürəyi qorumaq xasiyyətinə malikdir. Ona görə də yeməklərinizə sarıkökü çox əlavə edin.

İspanaq
İspanağın tərkibində A, C vitamini vardır. Bu vitaminlər də qan damarlarına qulluq edər.

Quru meyvələr
Quru meyvələr damarları təmizləyər. Tərkibində Omeqa-3 yağları vardır.

Zeytun yağı
Zeytun yağı da sağlamlıq üçün çox faydalıdır. O, xolesterinin səviyyəsini normada saxlaya bilir.

Pomidor
Pomidorun tərkibində likopin maddəsi vardır ki, qan damarlarında yağın yığılmasına mane olar.

Nar suyu
Alimlər bu fikrə gəlib çatıblar ki, nar suyu portağal və xar tut suyundan fərqli olaraq, daha çox anti-oksidanta malikdir. Bu maddə qana daxil olan zərərli maddələri dəf edir.

sağlamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!