Turpun yarpaqlarını atmayın! Çox faydalı məhsul

Turpun yarpaqlarını atmayın! Çox faydalı məhsul
Faydalı məsləhətlər
10.09.2017 8
Əksəriyyətimiz turpun yarpaqlarını lazımsız və faydasız bilib atır. Lakin alimlər sübut edir ki, turpun yarpaqları turpun özündən qat-qat faydalıdır.
Onun tərkibində çoxlu sayda müxtəlif vitaminlər (A, C, PP, K, B qrupu), nikotin, askorbin, salisil turşuları, makro və mikroelementlər (maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink, mis və s.) var.
Belə zəngin kimyəvi tərkibə görə turpun yarpaqlarını əsl müalicəvi məhsul hesab etmək olar.
Tərkibində kalium və maqneziumun olan turpun yarpaqları ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini tənzimləyir.
Kalsiumla zəngin olan yarpaqlar sümüklər üçün faydalıdır. Turpun yarpaqlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil edin.
Turpun yarpaqları avitaminozun qarşısını alır, qanın tərkibinə müsbət təsir edir.
Bütün digər göyərtilər kimi qidalı liflərlə zəngin olan yarpaqlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.
Stress, sinir qərginliyi, yuxusuzluq zamanı turpun yarpaqlarını çay kimi dəmləyin (1 stəkan su + 1 x.q. xırda doğranmış yarpaqlar), bal əlavə edin və için. Bu çay həmçinin iltihabəleyhinə təsirə malikdir, immun sisteminə müsbət təsir edir.
Turpun təzə yarpaqlarını salatlara, xörəklərə əlavə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!