Narı buzxanada necə saxlayaq? – ÜSUL

Narı buzxanada necə saxlayaq? – ÜSUL
Faydalı məsləhətlər
10.09.2017 6
Nar vitamin və mineralla zəngin bir meyvədir. Nar suyu antioksidanlar baxımından çox zəngindir. İndi də mövsümü olduğunu nəzərə alsaq, yəqin ki, hamımızın evində nar var. Bəs bütün ilboyu təzə nar yemək nə qədər inandırıcıdır? Ümumiyyətlə, bu, mümkündürmü? Narı buzxanada saxlamaqla buna nail ola bilərikmi? Narı buzxanda necə və nə qədər müddət saxlamaq olar?

Narın buzxanada saxlanma üsulu:
Narları yuyun və dənələyin. Buza dözümlü hər hansı bir qaba və ya sellofana töküb buzxanaya qoyun.
Narı soyuducunun buzxanasında 2-3 aya qədər təzəliyini itirmədən saxlaya bilərsiniz.
Ancaq aldığınız narın keyfiyyətli olması da əhəmiyyətlidir. Əks təqdirdə nar dənələri büzüşər və suyunu çəkər.
Narı yemək istədiyinizdə bir neçə saat əvvəldən buzxanadan çıxarın, qoyun öz-özünə təbii şəkildə ərisin.

Bundan başqa, nar dənələrini plastik su qablarına da doldurub bu şəkildə buzxanda saxlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!