Balıq Qoxusundan qurtulmağın yolları

Balıq Qoxusundan qurtulmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 72
 
Balıq Qoxusundan qurtulmağın yolları
Soyuq aylar balıq yemək üçün ən gözəl zamandır. Ancaq evə çökəcək qoxuya görə bir çox  qadın  balıq  bişirməkdən imtina edir.
Balıq yeməyi nə qədər çox sevilsə də, bişirildikdən sonra evin hər otağına yayılan, yedikdən sonra isə pərdəni belə yumaq məcburiyyətində qalındığı üçün çoxları balıq yeməklərini hazırlamağı sevmirlər. Halbuki hər şeyin bir yolu olduğu kimi evdəki balıq qoxusunu aradan qaldırmanın də bir çox üsulları var.
Evdəki balıq qoxusundan azad olmaq üçün faydalı olacaq bır sıra məlumatlar var. Bundan faydalana bilərsiniz.[/b]
Balıqları qızardarkən digər qazın gözündə su içərisinə paltaryumşaldıcısı əlavə edib qaynadın.
Balığı qızardacağınız tavaya ilk olaraq yağla bərabər tərkibinə bir qədər limon sıxın, daha sonra balıqları qızardın. Bu üsul həm də yeməyinizi daha ləzzətli edər.
Balıq qoxusunun evə yayılmasını istəmirsinizsə qızardılan zaman ağızı açıq bir qabın içərisində sirkəli su qaynadın.
Evə yayılan balıq qoxusunu aradan qaldırmaq üçün limonu qazda yandıra da bilərsiniz.
Balığı qızartdıqdan sonra tavanı əvvəlcə soyuq sudan keçirin. Isti suyla yumayın, isti su ilə yumaq qoxunu daha çox evə yayılmasına səbəb olar.
Balığı təmizləmək və sonra onu bişirmək əlinizdə ürəkaçmayan qoxu yaradır. Ondan qurtulmaq üçünsə çox çətindir. Bu qoxunu aradan qaldırmaq üçün dəm çayı sonra isə limonla əllərinizi ovuşdurun.
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!